Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi “Kredit büroları haqqında” qanun layihəsini ikinci oxunuşda parlamentin plenar iclasına tövsiyə edib.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin verdiyi xəbərə görə, bu qərar komitənin bu gün keçirilən iclasında qəbul olunub.
Qanun layihəsi kredit büroları tərəfindən kredit tarixçələrinin formalaşdırılması və məlumatdan istifadə prinsiplərini müəyyən edir, sistem iştirakçılarının hüquq və vəzifələrini, eləcə də kredit büroları üzərində dövlət nəzarəti məsələlərini tənzimləyir.
Layihəyə əsasən kredit bürosu kredit tarixçəsi subyektinin kredit tarixçəsini təşkil edən məlumatları toplayır, saxlayır, təhlil edir və kredit hesabatlarını verir, öz metodikası əsasında kredit tarixçəsi subyektlərinin ödəmə qabiliyyətinin və borc öhdəliklərinin icra intizamını qiymətləndirir və kredit tarixçəsi subyektlərinə fərdi kredit reytinqləri verir.
Kredit büroları məhdud məsuliyyətli və ya səhmdar cəmiyyəti formasında yaradılır. Kredit bürosunun fəaliyyəti üçün tələb olunan nizamnamə kapitalının minimum məbləğini nəzarət orqanı müəyyən edir.
Kredit bürosunun fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmət göstərilməsi ilə bağlı fəaliyyəti "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilmiş lisenziya əsasında həyata keçirilir.
Adında "kredit bürosu" sözlərini yalnız bu Qanun əsasında yaradılan və fəaliyyət göstərən kommersiya təşkilatları və onların birlikləri istifadə edə bilərlər.
Kredit bürosunun icra orqanının rəhbəri (üzvləri) üçün peşə yararlığı tələbləri nəzarət orqanı tərəfindən müəyyən olunur.
Qanun layihəsinə əsasən kredit tarixçələrini təşkil edən məlumatı kredit bürolarına sığortaçılar, təkrarsığortaçılar, lizinq müqaviləsinin subyekti olan lizinq verən və faktorinq müqaviləsinin subyekti olan faktorlar; nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər; mobil telefon operatorları; kredit bürosunu fərdi məlumatlarla təchiz edən digər şəxslər, müvafiq icra hakimiyyəti orqanları, məhkəmələr, nəzarət orqanı, notariuslar, məcburi icra orqanları, bələdiyyələr; Azərbaycan Respublikasının Mərkəzi Bankı; mərkəzləşdirilmiş kredit reyestri; kommunal xidmətləri (soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatı) göstərən dövlət müəssisələri təqdim edə bilər.
Mərkəzləşdirilmiş kredit reyestri bu Qanunun qüvvəyə mindiyi gündən iki il müddətində bankların və bank olmayan kredit təşkilatlarının borcalanları barədə bütün məlumatları fəaliyyətə başlayan hər bir kredit bürosuna onun müraciəti əsasında birdəfəlik və ödənişsiz olaraq təqdim edir.
Mərkəzləşdirilmiş kredit reyestri bu Qanunun qüvvəyə mindiyi gündən iki il sonra banklara, bank olmayan kredit təşkilatlarına və borcalanlara məlumat verilməsini dayandırır.*
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət