Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin “Şahdağ” gəmi-bərəsi “Zığ” Gəmi Təmiri Zavodunda əsaslı təmirdən çıxıb. Bu barədə QSC-dən məlumat verilib.
“Təmir işlərinə ötən ayın sonundan start verilib. “Şahdağ”ın baş və köməkçi mühərrikləri, su, yağ, yanacaq, ballast və sair sistemləri əsaslı təmir olunub. Braşpil, lövbər qurğuları və zəncirləri saz hala gətirilib, sükan qurğusu və digər mexanizmlərdə zəruri təmir işləri görülüb.Gəminin bütün sualtı və suüstü hissələri tam təmizlənərək rənglənib, yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir edilib”, - deyə məlumatda deyilir.
“Şahdağ” yenidən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda istismar ediləcək, Bakı-Türkmənbaşı-Bakı və Bakı-Aktau-Bakı xətlərində müntəzəm çıxacağı səfərlərdə dəmir yolu vaqonları və sərnişin daşıyacaq.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu - Xəzər regionu ölkələrinin tranzit potensialı və inkişafını artırmaq məqsədilə təşəbbüs edilən layihədir. Bu marşrut Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyədən keçərək Çindən Avropaya qədər uzanır. **
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət