RF-nin Tümen vilayətinin qubernatoru Vladimir Yakuşevin iştirakı ilə Caspian European Club-un (Caspian Business Club) Bakıda (2 noyabr) biznes-forumu təşkil olunub.
Tümen vilayətinin 30-a yaxın şirkətinin və Caspian European Club (Caspian Business Club) şirkətlərinin iştirak etdikləri biznes-forumda Azərbaycan və Tümen vilayətlərinin şirkətləri arasında iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın perspektivləri müzakirə olunub.
Biznes-forumda çıxış edən Tümen vilayətinin qubernatoru Vladimir Yakuşev Azərbaycanla Rusiya Federasiyası arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu, konstruktiv əməkdaşlığa əsaslanan partnyorluq əlaqələrinin arzuolunan şəkildə təşkil edildiyini diqqətə çatdırıb. O, Azərbaycan şirkətlərini dialoqda iştirak etməyə və iki ölkənin sahibkarları arasındakı problemləri həll etməyə dəvət edib.
Forumun iştirakçılarını son dövrdə regionda həyata keçirilən islahatlar barədə məlumatlandıran V.Yakuşev Tümen vilayətinin həm neft-qaz, həm də qeyri-neft sektorunda Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu qeyd edib.
Tümen vilayətində iş adamları üçün yaradılmış imkanlar barədə ətraflı məlumat verən qubernator əməkdaşlığın, həmçinin iki dövlətin biznes qurumları arasındakı partnyorluq əlaqələrinin səviyyəsini yüksəltmək məqsədilə sıralarında yüzlərlə xarici və yerli şirkəti cəmləmiş Caspian European Club-la (Caspian Business Club) əməkdaşlığı gələcəkdə də davam etdirməyə hazır olduğunu diqqətə çatdırıb.
“2014-cü ilədək enerji daşıyıcılarının qiyməti yüksək olub. Lakin hazırda bazarda tələb və təklif tamam başqa cürdür. İqtisadiyyatı yeni şərtlər daxilində inkişaf etdirməkdən ötrü indi biz işləməliyik. İqtisadiyyatlarımız bir-birinə çox bənzəyir. Bakıya böyük heyətlə səfər etməyimizin səbəbi də məhz budur. Biz bu gün öz investisiya potensialımızı nümayiş etdiririk”, - deyə qubernator qeyd edib.
“Biz həm neft-qaz, həm də neft xidməti sahəsi üzrə səmərəli əməkdaşlıq edə bilərik. Biznes nümayəndələri təmas nöqtəsini tapmalı, biz isə onlar üçün münbit şərait yaratmalıyıq”, - deyə o, çıxışına davam edib.
Tümen vilayətinin qubernatorunun müavini Vadim Şumkov vilayətin potensialı barədə məlumatı biznes-forum iştirakçılarının nəzərinə çatdırıb. Onun sözlərinə görə, sənaye istehsalı indeksi 2006-cı ildən bəri il ərzində 10 faizdən çox artıb. “Vilayətə on il ərzində yatırılan investisiyaların həcmi 4 dəfə artıb. 2015-ci ildə ümumi regional məhsul 898 milyard rubldan artıq olub. On il ərzində ümumi regional məhsul 2 dəfə artıb. Tümen vilayəti RF-nin 2016-cı il Milli reytinqində region liderlərinin top-5-liyinə daxil olub”, - deyə qubernator qeyd edib və vilayətdə həyata keçirilən real investisiya layihələrini təqdim edib.
Biznes-forum çərçivəsində şirkətlərin təklifləri dinlənilib, biznesmenlərin qarşılaşdıqları problemlər müzakirə olunub, onların həlli yolları nəzərdən keçirilib. Tümen vilayətinin nümayəndələri həmçinin biznes-forumda iştirak edən şirkətlərin suallarını cavablandırıblar.
Əməkdaşlığın perspektivli istiqamətləri qismində neft-qaz, maşınqayırma, səhiyyə, təhsil və turizm sahələri, neft-qaz xidməti və neft emalı üzrə birgə layihələr qeyd edilib. İnşaat sahəsində təcrübə mübadiləsi və qarşılıqlı ticarətin genişləndirilməsi imkanları gözdən keçirilib.
Biznes-forumda çıxış edən SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov şirkətin fəaliyyəti və strukturu barədə iştirakçılara məlumat verib. O, SOCAR-ın kompleks inkişafı haqda informasiya təqdim edib və Tümen vilayətinin biznes dairələri ilə əməkdaşlığa hazır olduğunu bildirib.
SOCAR Russia və SOCAR Polymer-in rəhbəri Fərid Cəfərov Azərbaycanla Rusiya arasında neft-qaz sahəsi üzrə əməkdaşlığın perspektivləri barədə ətraflı məlumat verib.
Biznes-forumda çıxış edən Caspian European Club-un (Caspian Business Club) sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev fəal əməkdaşlığa və biznesmenlərə dəstəyə görə Tümen vilayətinin qubernatoru Vladimir Yakuşevə minnətdarlığını bildirib.
T.Əliyev 7 dekabr 2016-cı il tarixdə Bakıda keçiriləcək 4-cü Beynəlxalq Caspian Energy Forum – 2016 (www.caspianenergyforum.com) barədə məlumatı iştirakçıların diqqətinə çatdırıb. O, biznes nümayəndələrini Azərbaycanın, Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət strukturlarının, nazirlik, komitə və qurumlarının rəhbərlərinin, Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələrinin, həmçinin nəhəng beynəlxalq şirkət başçılarının iştirak edəcəyi forumun işində fəal iştirak etməyə dəvət edib. Hal-hazırda 4-cü Beynəlxalq Caspian Energy Forum – 2016-da iştirak etmək üçün dünyanın 15 ölkəsindən 200-dən çox deleqatın qeydiyyatdan keçdiyi vurğulanıb.
O qeyd edib ki, Caspian European Club (Caspian Business Club) 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb. Caspian European Club-un (Caspian Business Club) sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir. T.Əliyevin sözlərinə görə, yarandığı ilk gündən Caspian European Club (Caspian Business Club) neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına cəlb edilməsinə kömək edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club (Caspian Business Club) dünyanın 50 ölkəsində fəaliyyət göstərir və dövlət qurumları ilə özəl sektor arasında dialoqa dəstək istiqamətində fəal iş aparır.
Biznes-forum zamanı Vladimir Yakuşevə Caspian European Club-un (Caspian Business Club) fəxri üzv sertifikatı təqdim olunub. Tədbirdə şirkət rəhbərləri və səfirlər, bir sıra diplomatik qurumların və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
* Material, informasiya, məqalələrin dərci, video və audio süjetlərin hazırlanması zamanı Caspian European Club-un (Caspian Business Club)tədbirinə istinad etmək mütləqdir.
Əlavə məlumat üçün:
E-mail: info@caspianenergy.net; info@caspenergy.com
URL: www.caspianenergy.net;
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət