Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı "GoldenPay" şirkətinin səhmlərinin IPO-nun dayandırılması səbəblərini izah edib.
"Əgər xatırlayırsınızsa, ambisiyalı potensial emitent (“GoldenPay” nəzərdə tutulur – İF-Az) bazara çıxmağa hazırlaşırdı. O zaman Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (hazırda ləğv olunub və MBNP-nin tərkibinə daxildir – İF-Az) bu layihəni dəstəkləmədi. Buna görə məqsədimiz bazarda birinci İPO-nun mütləq uğurlu olmasıdır", - deyə o, bu gün jurnalistlərə bildirib.
Sədrin sözlərinə görə, "emitentin bazardan gözləntiləri əsassız olaraq olduqca müsbət idi”.
"Bu, izafi nikbinlik adlanır. Birincisi, makroiqtisadi təhdidlər lazımi qədər nəzərə alınmamışdı. Emissiya prospekti emosional idi. Biz emitentlə listinq məsləhət proqramı çərçivəsində çox iş apardıq. Daha sonra razılığa gəldik ki, məqsədləri daha real edək. Lakin bundan sonra dünya bazarında iqtisadi proseslər IPO-nun təxirə salınması ilə nəticələndi", - deyə R.Aslanlı qeyd edib.
“GoldenPay” şirkətinin İdarə Heyətinin sədri Fərid İsmayılzadə isə şirkətin İPO keçirəcəyinə əminliyini bildirib.
"Maliyyə bazarında vəziyyət sabitləşdikdən sonra İPO keçirəcəyik. Nə qədər emosional və nikbin səslənsə də, biz Azərbaycanda İPO keçirmək üçün ideal şirkətik", - deyə o, Facebook səhifəsində yazıb.*
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət