Bolqarıstan Respublikasının Azərbaycan Respublikasındakı və Türkmənistandakı Fövqəladə və Səlahiyyətli səfiri Maya Hristova Caspian Energy İnternational Media Group-un prezidenti və baş redaktorunun rəhbərliyi ilə Caspian Energy-nin nümayəndə heyətini qəbul edib.
Görüş zamanı səfir Caspian European Club və Caspian Energy çərçivəsində informasiya əməkdaşlığının inkişafının vacibliyini qeyd edib. “Azərbaycanla bizim aramızda dərin ənənəvi əlaqələr mövcuddur. Biz iqtisadiyyat, energetika, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığı inkişaf etdiririk”, - deyə M.Hristova qeyd edib. Səfir qədim Veliko-Tırnova şəhərinin bərpasında göstərdiyi dəstəyə görə Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib. “Bu, bizim üçün mühüm əhəmiyyət kəsb edən məsələdir. Keçirdiyimiz hissləri sözlərlə ifadə etməkdə çətinlik çəkirəm. Bu, sidq ürəklə görülmüş işdir. Mən Azərbaycan xalqına və şəxsən Mehriban xanım Əliyevaya bolqar xalqının böyük sevgisini çatdırıram”, - deyə o söyləyib.
Xəzər regionu dövlətləri ilə əməkdaşlıq imkanlarına toxunan Maya Hristova vurğulayıb ki, “ölkələrimizin enerji sektorunda əməkdaşlığı strateji xarakter daşıyır. Bolqarıstan Azərbaycanın “Şah Dəniz” konsorsiumu ilə danışıqlarda göstərdiyi böyük dəstəkdən məmnundur. Məhz bunun sayəsində Azərbaycanın “Şah Dəniz” qaz-kondensat yatağının işlənməsi layihəsinin ikinci mərhələsindən etibarən 2020-ci ildən başlayaraq ildə 1 milyard kubmetr təbii qazın Bolqarıstana tədarükü ilə bağlı uzunmüddətli müqavilə imzalanıb”.
O, 2009-cu il noyabrın 13-də Sofiya şəhərində iki dövlətin energetika nazirlikləri arasında energetika sahəsində qarşılıqlı anlaşma və əməkdaşlıq, bundan bir qədər əvvəl isə SOCAR ilə Bolqarıstanın energetika holdinqi, SOCAR ilə “Bulqartransqaz” arasında qarşılıqlı anlaşma memorandumlarının imzalandığını qeyd edib.
“Bolqarıstan və Azərbaycan arasındakı birgə neft və qaz işçi qrupu ökələrimizin enerji əməkdaşlığının inkişafı üçün mühüm və uğurlu vasitədir. Həmin qrupun tərəfləri qismində Bolqarıstanın Energetika Nazirliyi, Bolqarıstanın energetika holdinqi və SOCAR çıxış edir”, - deyə o, çıxışına davam edib.
Maya Hristova Bolqarıstanla Türkmənistan arasında siyasi və iqtisadi əməkdaşlığın intensiv dinamikasını vurğulayıb: “2015-ci ildən 2016-cı ilədək olan dövr ərzində iki ölkə arasında mühüm dövlət səfərlərinin mübadiləsinin aparıldığı məmnunluqla qeyd edilməlidir. Bu səfərlər müntəzəm dialoqun dəstəklənməsinə və əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhvəsini verib”.
Bolqarıstan qaz habının təşkilindən danışan səfir bunları vurğulayıb: "Habın təşkili zamanı qaz mənbələri çox olmalıdır. Rusiyadan, Yunanıstan interkonnektoru və bu haba birləşə biləcək digər enerji terminallarından qaz tədarükü həyata keçirilməlidir".
İki dövlət arasında 60-dan çox ikitərəfli sənədin imzalandığını vurğulayan səfir Azərbaycanla Bolqarıstanın hökumətlərarası komissiyalarının uğurlu işini qeyd edib.
Görüşün sonunda səfir Caspian Energy jurnalına eksklüziv müsahibə verib. Müsahibə zamanı o, ikitərəfli əlaqələrin inkişaf imkanlarına, iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsinə toxunub, enerji bazarının, turizm sektorunun və enerji əməkdaşlığının inkişaf perspektivlərindən danışıb.
* Material, informasiya, məqalələrin dərci, video və audio süjetlərin hazırlanması zamanı Caspian European Club-un (Caspian Business Club)tədbirinə istinad etmək mütləqdir.
Əlavə məlumat üçün:
E-mail: info@caspianenergy.net; info@caspenergy.com
URL: www.caspianenergy.net;
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət