Dünya Bankı makroqitisadi sabitliyin təmin olunması məqsədilə islahatların aparılması zamanı Azərbaycan hökumətinə əhalinin həssas təbəqələrinə qarşı diqqəli olmağı tövsiyyə edir. Bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə baş iqtisadçısı Hans Timmer bu gün Buxarestdə video-konfrans zamanı bəyan edib.
“Azərbaycan hökumətinə tövsiyyələrimiz 5 bənddən ibarətdir. Birincisi - monetar siyasətin dəyişilməsi, valyutanın çevik məzənnəsinə keçid, buna artıq nail olunub və həmin siyasətdə balansın əldə olunmasıdır ki, çətin məsələdir”, - deyə H.Timmer bildirib.
Onun sözlərinə görə, nəinki Azərbaycan, həm də neft-ixracatçıları digər ölkələr üçün vacib olan ikinci məsələ - maliyyə, o cümlədən bank sektorunun stabilləşməsidir.
“Neftin qiymətinin kəskin dəyişilməsi və ardınca gələn devalvasiya banklar üçün böyük problemə çevrilib, bu da problemli kreditlərin artımına gətirib. Bu vəziyyətin həlli üçün sxemlər tapmaq zəruridir ki, onlar dövlət büdcəsinə böyük yük olmayacaq”, - deyə H.Timmer vurğulayıb.
İqtisadçının toxunduğu üçüncü məsələ, neft və qeyri-neft gəlirləri arasında balansla davamlı ortamüddətli büdcələşdirilmədir.
“Dördüncü tövsiyyə - gəlirlərin şəffaf və ədalətli bölüşdürülməsinə nail olmaqdır. Məqsəd milli gəlirlərin azalmasından əsas yükün əhalinin daha həssa təbəqəsinin üzərinə düşməməsidir”, - deyə H.Timmer bildirib.
Onun sözlərinə görə, beşinci tövsiyyə hökumətin diqqətini yeni iş yerlərinin yaradılması, rəqabətlə bağlı vəziyyətin yaxşılaşması məqsədilə islahatların aparılması, digər sahələrdə də maliyyəyə biznesin çıxışına yönəltməyə aiddir. “Bütün bu çağırışlar üzrə Azərbaycan hökuməti ilə işləyirik. Maliyyə, büdcə proqnozlaşdırılması, özəl sektor, rəqabət sahələrində Azərbaycanla çox sayda komandalarımız çalışır”, - deyə H.Timmer bəyan edib. **
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət