Dekabrın 6-də SOCAR-ın “Azərikimya” İstehsalat Birliyində “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramı çərçivəsində talassemiyalı xəstələr üçün 2010-cu ildən bəri davamlı olaraq keçirilən növbəti qanvermə aksiyasıva start verilmişdir.
“Azərikimya” İB-nin dəvəti ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş 12 nəfərlik xüsusi tibb briqadası tərəfindən aparılan və iki gün davam edən qanvermə aksiyasının ilk günündə Birliyin Etilen-polietilen zavodundan könüllü müraciət etmiş 200-ə yaxın kimyaçı müayinə edildikdən və yerindəcə təşkil olunmuş səyyar laboratoriyada yoxlanıldıqdan sonra onların 110 nəfərindən qan götürülmüşdür.
Aksiyanın ikinci günündə - dekabrın 7-də isə Təmir-tikinti İdarəsinin və “Azərikimya” İB-nin baş ofisinin əməkdaşları minlərlə insan üçün həyati əhəmiyyət kəsb edən bu könüllü hümanitar aksiyada iştirak etmiş və 100 nəfərdən artıq işçi qan vermişdir. Bununla da iki gün ərzində “Azərikimya” İB üzrə 220 nəfərə yaxın kimyaçı bu xeyirxah aksiyada iştirak edərək, talassemiyalı xəstələr üçün qan vermişdir.
Qanvermə aksiyasında “Karbamid” zavodunun əməkdaşları və respublika Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin bir qrup könüllüsü də iştirak etmişdir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət