Hazırda Transanadolu qaz kəməri (TANAP) layihəsi $8,5 mlrd. həcmində qiymətləndirilir. Bu barədə Türkiyə mətbuatı TANAP-ın baş direktoru Saltuk Düzyola istinadən məlumat verib.
“İnvestisiya qərarı qəbul olunanda layihə 11,7 mlrd. ABŞ dolları həcmində qiymətləndirilirdi. Hazırda onun dəyərini 8,5 mlrd. ABŞ dollarına qədər azalıb. Buna səbəb dünya bazarlarında neftin qiymətinin ucuzlaşmasıdır", - deyə S.Düzyol bildirib.
O həmçinin məlumat verib ki, qaz kəmərinin tikintisi nəzərdə tutulan qrafiki qabaqlayır. Noyabrın sonuna olan vəziyyətə görə, layihə çərçivəsində tikinti işlərinin 55%-i icra olunub.
“2018-ci ilin iyun ayında bu layihə vasitəsilə Türkiyə ilk qazını alacaq. Həmin ayın sonunda 2 mlrd. kubmetr qaz nəql olunacaq. Növbəti il bu həcm 4 mlrd. kubmetrə, bir il sonra isə 6 mlrd. kubmetrədək artacaq”, - deyə S.Düzyol qeyd edib.
Onun sözlərinə görə, hazırda Türkiyənin il ərzində qaza olan tələbatı 40-45 mlrd. kubmetr səviyyəsindədir. Eyni zamanda, ötən illərlə müqayisədə, qaza tələbat asta templərlə artır.
Türkiyənin bağladığı müqavilələrin (qaz alqı-satqısı üzrə -İF-Az) ümumi portfeli illik 52 mlrd. kubmetr təşkil edir. TANAP layihəsi istifadəyə veriləndən sonra bu göstərici illik 58 mlrd. kubmetrə çatacaq. Bundan başqa, uzunmüddətli perspektivdə Türkiyə əlavə olaraq 15 mlrd. kubmetr qaz almaq imkanı əldə edəcək", - deyə S.Düzyol vurğulayıb. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət