Azərbaycan hökuməti vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının bir hissəsinin silinməsini təklif edir. Bu barədə Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinin rəisi Natiq Şirinov bəyan edib.
Bu gün Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında"Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" qanun layihəsi müzakirə olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verib.
“Vergi Məcəlləsinin 58.7-ci maddədə nəzərdə tutulan vergi sanksiyaları, bu daha çox nağd əməliyyatların aparılması qaydalarının pozulmasına görə nəzərdə tutulan maliyyə sanksiyalarıdır ki, bunun da məbləğindən asılı olmayaraq silinməsi nəzərdə tutulur”, - deyə N.Şirinov sənədi təqdim edərkən bildirib.
Qanun layihəsinə əsasən, vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar ayı ərzində həmin maliyyə sanksiyalarının 30%-i ödənildikdə maliyyə sanksiyalarının ödənilməmiş 70%-i müvafiq icra hakimiyyəti tərəfindən silinir; vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar-fevral ayları ərzində həmin maliyyə sanksiyalarının 50%-i ödənildikdə maliyyə sanksiyalarının ödənilməmiş 50%-i isə müvafiq icra hakimiyyəti tərəfindən silinəcək; vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar-mart ayları ərzində həmin maliyyə sanksiyalarının 70%-i ödənildikdə isə maliyyə sanksiyalarının ödənilməmiş 30%-i müvafiq icra hakimiyyəti tərəfindən silinəcək.
“Vergi ödəyiciləri sərəncamlarında qalan vəsaitin özlərinin iqtisadi aktivliyinin artırılmasına yönəltmək imkanı əldə edəcəklər”, - deyə N.Şirinov qeyd edib.
O əlavə edib ki, nazirlik qanun layihəsi çərçivəsində 624 mln. manata yaxın vəsaitinin silinməsini gözləyir.
"Qanun layihəsi ümumilikdə 44704 min vergi ödəyicisini əhatə edəcək. bunun 1,037-si dövlət sektorunda, 43667-si isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir. Faizlərin silinməsi nəticəsində 386,4 mln. manat məbləğin silinməsi təmin olunacaq. Bunun da 125,5 mln. manatı dövlət sektorunun, 260,9 mln. manatı isə qeyri-dövlət sektoruna aiddir. Eyni zamanda, nağd pul hesablaşmalarının qaydalarının aparılmasının pozulmasına görə, 6304 vergi ödəyicisinin 3 mln. manat məbləğində maliyyə sanksiyasının 2017-ci ilin 1 yanvar vəziyyətinə silinməsi nəzərdə tutulur. Digər maliyyə sanksiyalarının silinməsinə gəlincə, yanvar, fevral və mart ayları ərzində ödənişlərinə adekvat olaraq qalan maliyyə sanksiyasının silinməsi nəticəsində 13780 vergi ödəyicisinin 234 mln. manat məbləğində maliyyə sanksiyası silinəcək”, - deyə N.Şirinov vurğulayıb. **
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət