2017-ci ilin yanvar ayında Bakı Nəqliyyat Agentliyi paytaxtda sərnişindaşıma ilə məşğul olan şirkətlər arasında marşrut xəttlərini müvəqqəti istismara verimək üzrə ilk müsabiqə keçirməyi planlaşdırır. Bu barədə BNA-nın rəhbəri Vüsal Kərimli bu gün mətbuat konfransında bildirib.
“Bakıda müntəzəm sərnişindaşıma ilə məşğul olan 58 daşıyıcıdan yalnız 17-si maddi-texniki istehsalat bazasına malikdir. Bu sahədə mövcud vəziyyətin normallaşdırılması istiqamətində 2017-ci ildə kompleks tədbirlərin görülməsi nəzərdə tutulub. Marşrut xətlərinin müvəqqəti istismara verilməsi Nazirlər Kabinetinin müvafiq qərarına əsasən müsabiqə yolu ilə həyata keçiriləcək. İlk belə müsabiqənin 2017-ci ilin yanvarında keçirilməsi nəzərdə tutulub”, - deyə V.Kərimli vurğulayıb.
Onun sözlərinə görə, maddi-texniki bazası tələblərə cavab verməyən daşıyıcılar mərhələli şəkildə sərnişindaşıma sistemindən kənarlaşdırılacaq.
V.Kərimli məlumat verib ki, hazırda Bakı şəhərində 2,1 min avtobus sərnişindaşımada istifadə edilir.
O əlavə edib ki, paytaxtın marşrut şəbəkəsinin optimallaşdırılması çərçivəsində 3 marşrut xətti ləğv, bir xətt bərpa, 5 xətt üzrə marşrut artırılıb, 14 marşrutun hərəkət sxemi dəyişdirilib və 2 marşrut xəttində daşıyıcılar dəyişilib.
“Marşrut şəbəkəsinin fəaliyyətinin düzgün təşkili və xidmətin keyfiyyətinin yüksəldiməsi istiqamətində həyata keçirlən tədbirlər sayəsində son bir ildə sərnişin avtobuslarının iştirakı ilə baş verən qəzaların və ölüm halları 80% azalıb”, - deyə V.Kərimli vurğulayıb.
O bildirib ki, “Bakı Nəqliyyat Planı”na uyğun olaraq paytaxtda 157 sayda mövcud marşrut xətti xarici mütəxəssislərlə birgə təhlil edilib, sərnişin həcmi dəqiqləşdirilərək hərəkət sxemləri müəyyənləşdirilib. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət