Azərbaycanın qədim İrəvan şəhəri dünyada vandallıqdan ən çox zərər görən şəhərlərdən biridir. Bu barədə gənclər və idman naziri Azad Rəhimov bəyan edib.
“Yəqin ki, dünyada İrəvan qədər vandallıq və qarətə məruz qalan ikinci şəhər yoxdur”, - deyə A.Rəhimov bu gün "Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin çəkdiyi "İrəvan - gizlədilmiş həqiqətlər” sənədli filminin təqdimat mərasimində bildirib.
Nazir qeyd edib ki, Ermənistan bu gün də Azərbaycanın işğal olunan ərazilərində qeyri-maddi, mədəni və tarixi abidələrin məhv edilməsi ilə məşğuldur.
“Daha öncə İrəvan, Zəngəzur, Vedibasar və Azərbaycanın digər tarixi şəhərləri bu cür vandallıq aktına məruz qalıblar. Lakin ən çox İrəvan şəhərinə zərər dəyib. Burada yüzlərlə tarixi abidə dağıdılıb. Bu gün həmin şəhərdə yaşı 200-dən artıq olan bir abidə belə qalmayıb”, - deyə nazir vurğulayıb.
A.Rəhimov əlavə edib ki, Azərbaycan xalqı ermənilərin vandallıqlarını heç zaman unutmayacaq.
"Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi üç il əvvəl Azərbaycanın Dağlıq Qarabağ regionun tarixi, mədəniyyəti, memarlıq abidələri haqqında məlumatın daxil olduğu elektron resurs bazasının yaradılması məqsədilə təsis edilib. Bu layihə Ermənistanın Azərbaycana qarşı yönələn işğalçı siyasəti barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması və ermənilərin yalanlarının ifşa olunmasına xidmət edir”, - deyə nazir bildirib.
“Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, nəinki Dağlıq Qarabağ bizimdir, həmçinin müasir Ermənistan Azərbaycanın tarixi torpaqlarında yaradılıb. İrəvan xanlığı, Göyçə, Zəngəzur bizim tarixi torpaqlarımızdır və biz ora qayıdacağıq”, - deyə A.Rəhimov qeyd edib. **
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət