Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) Direktorlar Şurası Trans-Anadolu qaz boru kəmərinin(TANAP) inşasının maliyyələşdirilməsinə $600 mln. məbləğində kreditin ayrılması ilə bağlı qərar qəbul edib. Bu barədə bankın saytında məlumat verilir.
“Bank Dünya Bankı və digər inkişaf bankları, o cümlədən kommersiya strukturları ilə birgə maliyyələşdirmədə iştirak edir və “Cənub Qaz Dəhlizi” QSC-yə $600 mln. məbləğində kredit ayıracaq. Bu, indiyədək bank tərəfindən ayrılan ən iri kreditdir”, - deyə məlumatda qeyd olunur.
Beləliklə, fəaliyyətin ilk ilində bankın ayırdığı kreditin ümumi məbləği 1,73 mlrd.ABŞ dollarına çatıb.
Xəbər verildiyi kimi, TANAP layihəsinin ümumi dəyəri $8,6 mlrd. təşkil edir. Bu məbləğdən $2,1 mlrd. borcalan, $600 mln. - AİİB, $800 mln. – Dünya Bankı, $2,1 mlrd. – digər maliyyə institutları (Avropa İnvestisiya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı), $3 mlrd. isə başqa mənbələrdən ayrılır. **
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət