Azərbaycan hökuməti 2017-ci ildə “Lizinq haqqında” qanun layihəsini hazırlamaq niyyətindədir. Bu barədə “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə bildirilir.
“Yeni qanun lizinq şirkətlərinin operativ lizinq xidmətləri göstərməsinə şərait yaradacaq”, - deyə sənəddə deyilir.
Bundan başqa, 2017-2018-ci illərdə hökumət lizinq bazarının daha sürətlə inkişaf etməsi üçün güzəştlərin tətbiq olunmasını təmin etməyi və yeni tənzimlənmə mexanizmlərini müəyyənləşdirməyi planlaşdırır.
“Lizinq üçün əlavə güzəştlərin tətbiqi nəzərdən keçiriləcək. Bu güzəştlər KOS subyektləri tərəfindən alternativ maliyyələşmə mənbəyi kimi lizinq xidmətlərindən istifadənin stimullaşdırılmasına şərait yaradacaq”, - deyə sənəddə vurğulanır.
2017-2020-ci illərdə hökumət həmçinin Azərbaycanda maliyyə sisteminə uyğun olaraq, alternativ maliyyə alətlərindən istifadə imkanları, mexanizmləri və tətbiqi perspektivləri araşdıracaq. Mövcud maliyyə alətlərindən istifadənin genişləndirilməsinə dair təkliflər hazırlayacaq.
“KOS subyektlərində forvard, fyuçers, opsion, svop, faktorinq kimi maliyyə alətlərindən alternativ və ucuz maliyyələşmə mənbəyi kimi istifadə stimullaşdırılacaq”, - deyə sənəddə deyilir.
Sənədə əsasən, lizinq bazarının inkişaf etdirilməsi 2020-ci ilədək Azərbaycanda lizinq əməliyyatlarının ÜDM-də payını 2%-ə, 2025-ci ilədək isə 4%-ə çatdırmaq imkanı verəcək
“Lizinq şirkətlərinin fəaliyyətinin əhatə dairəsi, portfelləri və kapitallaşma dərəcəsinin aşağı səviyyədə olması xarici investorlar üçün bu sahənin cəlbediciliyini azaldır. Hazırda Azərbaycanda 30-dan çox şirkət lizinq üzrə ixtisaslaşmışdır və onların lizinq əməliyyatlarının həcmi təxminən 200 mln. manat təşkil edir ki, bu da ÜDM-in təxminən 0,5%-i həcmindədir”, - deyə “Yol Xəritəsi”ndə qeyd olunur. **
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət