“2016-cı il dekabrın 24-dən etibarən Caspian European Club (Caspian Business Club) və Caspian Energy International Media Group-un dəstəyilə yaradılmış CaspianAmericanClub adlı yeni birlik fəaliyyətə başlayır”, - deyə Caspian European Club-un (Caspian Business Club) sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib.
Onun sözlərinə görə, CaspianAmericanClub-un təsis edilməsi Şimali və Cənubi Amerika ölkələrinin şirkətləri ilə Xəzər-Qara dəniz regionu şirkətləri arasında biznes dialoqun növbəti inkişaf və canlanma dövrüdür.
Caspian American Club üç il ərzində Caspian European Club (Caspian Business Club) ilə paralel fəaliyyət göstərəcək. Rəhbərlik, idarə heyətinin üzvləri və icraiyyə komitəsi isə hər iki təşkilat üçün eyni olacaq.
“Caspian European Club-un (Caspian Business Club) bütün şirkətləri avtomatik şəkildə Caspian American Club-un tərkibinə daxil olacaq”, - deyə o çıxışına davam edib.
“Caspian American Club-un yaradılmasına təkan verən əsas amil Caspian European Club-un (Caspian Business Club) üzv şirkətləri ilə əlaqələr qurmaq arzusunda olan Şimali və Cənubi Amerika dövlətləri şirkətlərinin, həmçinin İKT, sənaye, kənd təsərrüfatı və digər sahələrdə ixracyönümlü məhsul istehsal edən, öz məhsulu və xidmətləri ilə Şimali və Cənubi Amerika ölkələri bazarlarına çıxmaq niyyətində olan Xəzər-Qara dənizi regionu şirkətlərinin müraciətləri olub. Bu həmçinin turizm sektorunun inkişafına müsbət təsir göstərəcək”, - deyə Telman Əliyev qeyd edib.
Caspian European Club (Caspian Business Club) kimi Caspian American Club-un da mənzil-qərargahı Bakıda, Caspian Plaza biznes mərkəzində yerləşəcək.
Onun sözlərinə görə, Caspian European Club (Caspian Business Club) 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə yaradıldığını qeyd edib. Caspian European Club-un (Caspian Business Club) Sədri Azərbaycan Respublikası Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir. Telman Əliyevin sözlərinə görə, sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club (Caspian Business Club) dünyanın 50 ölkəsində fəaliyyət göstərir və dövlət qurumları ilə özəl sektor arasında dialoqa dəstəyin verilməsi, əlverişli investisiya və biznes mühitinin yaradılmasına xidmət edən proqram və təkliflərin həyata keçirilməsi istiqamətində fəal iş aparır. Caspian European Club (Caspian Business Club) çərçivəsində müəyyən sahələr üzrə ixtisaslaşmış birliklər fəaliyyət göstərir. Onlara öz sahələri üzrə lider olan və onun inkişafı üzrə fəal təşəbbüs irəli sürən şirkət rəhbərləri rəhbərlik edirlər.
Əlavə məlumat üçün:
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət