2017-ci ilin yanvar ayının sonunda Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiyanın hazırlanması üzrə İşçi qrupunun növbəti iclası keçiriləcək. Bu barədə xarici işlər nazirinin müavini Xələf Xələfov bəyan edib.
“Yanvarın sonunda İşçi qrupunun növbəti iclası keçiriləcək. İclas ya Bakı, ya da Aşqabadda olacaq. Hazırda bu məsələ razılaşdırılır”, - deyə X.Xələfov bu gün jurnalistlərə bildirib.
O qeyd edib ki, indiyədək Konvensiya layihəsi üzrə məsələlərin əksəriyyəti razılaşdırılıb .
“Qalan məsələlərə dair danışıqlar aparılır. Astanada Xərəyanı ölkələrin dövlət başçılarının növbəti sammitinə qdəər onların razılaşdırılmasını başa çatdırmağı planlaşdırırıq”, - deyə nazir müavini vurğulayıb.
X.Xələfovun sözlərinə görə, tərəflər böyük iş görərək bütün konseptual məsələlərə dair ümumi razılığa gəliblər. “Beş Xəzəryanı ölkənin yanaşmalarında oxşar məqamlar var. Bəzi detallar qalıb ki, onların ən vacib olanı bölgü prinsipidir. Konvensiya layihəsinin son razılaşdırma işlərini yekunlaşdırmağı planlaşdırırıq ki, onu dövlət başçılarının imzalaması üçün təqdim edək”, - deyə o bəyan edib.
Nazir müavini həmçinin qeyd edib ki, Xəzər dənizinin statusu məsələsi həm ikitərəfli, həm də çoxtərəfli danışıqlar vasitəsilə həll edilir.
“Çoxtərəfli danışıqlar əsasən Konvensiya layihəsi çərçivəsində aparılır. İkitərəfli danışıqlar isə bir-biri ilə üzbüəüz və ya qonşu ölkələr arasında həyata keçirilir”, - deyə X.Xələfov vurğulayıb.
Misal olaraq o qeyd edib ki, Azərbaycan, Qazaxıstan və Rusiya artıq bu məsələni öz aralarında həll edib.
“Qüvvədə olan razılıqlar var. İran və Türkmənistanla danışıqlar hələ ki, davam edir. Biz məsələyə bu və ya digər yataq və ya neft olan hissəyə dair fikir ayrılığı nöqteyi-nəzərindən deyil, dənizin dibinin tam bölgüsü prinsipindən yanaşırıq”, - deyə o bildirib. **
F.İsazadə
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət