Bank VTB (Azərbaycan)-ın fiziki şəxslər üzrə manat əmanət portfeli 2016-cı ilin əvvəlindən 15 dekabr tarixinədək 72% artıb.Bu müddət ərzində əmanətlərin strukturunda ən böyük artımı müddətli əmanətlər nümayiş etdirib: cari ilin əvvəlindən 15 dekabr tarixinə pərakəndə müştərilərin manat əmanətləri üzrə artım 79,4% təşkil edib. Əhalinin əmanətlərinin sabit artımı VTB (Azərbaycan)-a etibarın və bankın dayanıqlı inkişafının nəticəsidir.
Depozit portfelində qeyd olunan müsbət dinamika ilk növbədə bankın əmanət məhsullarının çevik şərtləri sayəsində əhalinin tələbatına cavab verməsi ilə izah edilir. Belə ki, müddətindən və faizlərin ödəmə şərtlərindən asılı olaraq VTB (Azərbaycan) müştərilərinə illik 15 -17% yüksək gəlirliliyi olan əmanət məhsulları təklif edir. Dekabrın əvvəlindın başlayaraq 2017-ci il 31 yanvar tarixinədək bank, “Yeni İl Hədiyyəsi” adlı Aksiya çərçivəsində milli valyutada açılan əmanətlərin faiz gəlirlərinin üzərinə +1% əlavə edir.
Arayış üçün:
Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14 filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət