SOCAR “Bulla-dəniz” yatağında 2A saylı Qazyığma Məntəqəsinin inşasına başlayıb. Bu barədə şirkətin məlumatında deyilir.
“İşlərin baş podratçısı “Neftqaztikinti” Trestidir. Yataqda hasil olunan karbohidrogenlərin yığılaraq sahilə nəql olunması məqsədi ilə inşa edilən Məntəqə ayrıca özül üzərində quraşdırılacaq. Hazırda tikintisi davam edən özülün ümumi sahəsi 1900 kvadrat metrdir. İstehsalat, qaz-atqı avadanlığı yerləşən və məişət sahələrindən ibarət özül dənizin 21 metr dərinliyində yerləşir”, - deyə məlumatda bildirilir.
Artıq 6 dayaq bloku, 4 aralıq seksiyası, 2 piyada körpüsü, 7 minik və yanalma meydançası hazırlanaraq quraşdırılıb, 36 ədəd svay vurulub, blokların bir-birilə bərkidilməsi üçün suüstü əlaqələr quraşdırılıb. Metalkonstruksiyaların qaynaq-bərkidilməsi, eləcə də konsol, məhəccər və döşəmənin quraşdırılması işləri tamamlanmaq üzrədir.
Məlumata görə, “Bulla-dəniz” yatağında yerləşən özüllərdən hasil olunan neftin, qazın və kondensatın 2A saylı Qazyığma Məntəqəsinə, oradan da sahilə nəql olunması məqsədi ilə 22,174 kilometr uzunluğunda müxtəlif diametrli texnoloji sualtı boru kəmərlərinin çəkilməsi, o cümlədən 8 kilometrlik qaz və maye xətlərinin yerinin dəyişdirilməsi işləri də həyata keçiriləcək.
Obyekt istismara verildikdən sonra “Bulla-dəniz” yatağında hasil olunan 6,9 milyon kubmetr qazın, eləcə də 1350 ton neft və kondensatın yığılaraq sahilə nəqli təmin ediləcək.*
N.Abbasova
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət