Azərbaycan əsas nəqliyyat mərkəzinə çevrilir. Prezident İlham Əliyev belə hesab edir.
“Biz, gələcəkdə Azərbaycanın tranzit potensialının gücləndirilməsi məqsədilə iri layihələrin icrasına başlamışıq. Bu il Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin başa çatdırılması planlaşdırılır. Bu layihənin həyata keçirilməsi ilə Çindən Avropaya yüklərin daşınması müddəti 25-30 gündən 12-15 günədək azalacaq. Eyni zamanda, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan hissəsində bütün tikinti işləri ötən il başa çatdırılıb. Beləliklə, Azərbaycan əsas nəqliyyat “hab”ına çevrilir”, - deyə Davos İqtisadi Forumunun rəsmi saytında d\rc olunan İ.Əliyevin "2017-ci ildə Azərbaycan iqtisadiyyatının prioritetləri" adlı məqaləsində deyilir.
Onun sözlərinə görə, Azərbaycanın iqtisadi siyasətinin prioritetləri iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafıdır.
“Sənayə sahəsinin inkişafını təmin etmək məqsədilə sənaye parkları və zonaları inşa edilir. 2018-ci ildə Sumqayıt Kimya-Sənaye Parkında investisiya dəyəri təqribən 2 mlrd. ABŞ dolları olan bir neçə zavod açılacaq. Pambıq, tütün, fındıq, çay və ixraca yönəldilmiş digər məhsulların istehsalı artacaq, eləcə də aqro-sənaye parkları və iri fermaların sayı çoxalacaq”, - deyə prezident qeyd edib.
Dövlət başçısı bildirir ki, informasiya sektorunun inkişafının təmin edilməsi məqsədilə xidmətlərin keyfiyyəti və ölkənin informasiya tranzit dəhlizi kimi potensialı gələcəkdə yaxşılaşdırılacaq.
“Elektron vizanın və rüsumsuz sistemin tətbiqi (tax-free), həmçinin Avropa Oyunları və “Formula 1” yarışı kimi iri idman tədbirlərinin keçirilməsi ölkədə turizmin inkişafına əhəmiyyətli töhfə verəcək”, - deyə prezident yazır.
İ.Əliyev vurğulayır ki, ölkə iqtisadiyyatının inkişafı üçün problemlər mövcuddur. “Davam edən qlobal iqtisadi böhran Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib, gəlirləri azalıb və ötən il ərzində milli valyutanın 10,1% devalvasiyasına gətirib çıxarıb. Buna baxmayaraq, biz uğurla müvafiq tədbirlər həyata keçirərək bu problemləri aradan qaldırırıq. Daha davamlı inkişafın təmin edilməsi üçün strateji yol xəritəsi qəbul olunub; kompleks struktur, institusional, valyuta, maliyyə və digər islahatlar davam etdirilir; vergi və gömrük idarəetməsi yaxşılaşıb və bütün sahələrdə şəffaflıq təmin olunur. Məsələn, ticari dövriyyənin azalmasına baxmayaraq, gömrük yığımları 53% artıb”, - deyə prezident bildirib.
Dövlət başçısı həmçinin multikulturalizm, idman sahələrində, iri tədbirlərin keçirilməsində Azərbaycanın uğurlarını qeyd edib. **
A.Axundov, F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət