Ötən həftə rəsmi Bakı Soçidə keçirilən 28-ci Beynəlxalq KVN festivalında Dağlıq Qarabağda qondarma rejimin komandalarının iştirakına aydınlıq gətirmək xahişi ilə Rusiya Xarici İşlər Nazirliyinə nota göndərib.
Xəbər verildiyi kimi, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim adından fəaliyyət göstərən “С хлебом и солью” və “DeleYaman” KVN komandaları “Şən və hazırcavablar klubu”nun (KVN) beynəlxalq ittifaqı və “AMİK” televiziya yaradıcılıq birliyi tərəfindən 10-23 yanvar il tarixində Soçidə keçirilən 28-ci Beynəlxalq KVN festivalına dəvət olunub.
“Azərbaycan XİN ötən həftə qondarma rejim adından komandaların Soçidə 28-ci Beynəlxalq KVN festivalında iştirakına aydınlıq gətirmək üçün nüfuzlarından istifadə etmək xahişi ilə Rusiya Xarici İşlər Nazirliyinə müraciət edib”, - deyə XİN-in mətbuat katibi Hikmət Hcıyev “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Gənclər və İdman Nazirliyi də Qarabağın qondarma rejimini təımsil edən komandaların iştirakı ilə bağlı bəyanat yayıb.
Nazirliyin məlumatına görə, Ermənistan 2-ci tura yalnız Moskvada olan “Ermənistan yığması” ilə keçə bilib. Ümumilikdə 2-ci mərhələyə 81 komanda vəsiqə qazanıb ki, onların arasında Azərbaycan təmsilçiləri də var.
Ermənistan yarışın seçmə mərhələsinə ümumilikdə 5 komanda ilə qatılıb. Bu komandalardan 2-si Xankəndini, 2-si Ermənistanı, 1-i isə “Ermənistan yığması” adı altında Moskvanı təmsil edib. Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim adından fəaliyyət göstərən “С хлебом и солью” və “DeleYaman” komandalarının iştirakı yalnız 500 komandanın qatıldığı və 10-14 yanvar tarixlərində aparılan seçmə mərhələ ilə məhdudlaşıb.
Bu məsələyə müdaxilə edilməsi üçün gənclər və idman naziri Azad Rəhimov tərəfindən KVN Beynəlxalq İttifaqının prezidenti Aleksandr Maslyukova məktub göndərilib və festivalın təşkilat komitəsi ilə danışıqlar aparılıb.
“Qoyulan əsas tələb ya o komandaların orada Xankəndi adı altında Azərbaycanı təmsil edərək iştirak etmələri, ya da yarışmadan ayrılmaları idi. Bununla yanaşı, bu mövzu ilə əlaqədar olaraqXİN tərəfindən bəyanat verilib, Rusiya XİN-nə nota göndərilib”, - deyə nazirliyin bəyanatında vurğulanır.
“Beləliklə, Ermənistanın 28-ci Beynəlxalq KVN festivalını Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təbliğat meydanına çevirmək kimi çirkin niyyəti və planı baş tutmayıb. Ermənistan tərəfi bu uğursuzluğa bəraət qazandırmaq üçün seçmə mərhələdə 500 komanda arasında 2-3 dəqiqəlik “razminka”nı iştirak kimi təqdim etməyə çalışır”, - deyə nazirlik bildirib. **
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət