“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin biletlərinin qiymətinin artırılması məsələsi hazırda aktual deyil. Bunu Dövlət Mülki Aviasiya Administrasiyasının (DMAA) direktoru Arif Məmmədov bu gün parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
«Bu gün AZAL hər reys üçün 17-dək qiymət variantı təklif edir və bu variantların hər birinin öz şərtləri var. Biletlərin qiymətinin artırılması məsələsi aktual deyil», - deyə o, komitə üzvləri tərəfindən AZAL-ın fəaliyyətinin tənqid edilməsinə cavab olaraq bildirib.
Direktor etiraf edib ki, xərclər (o cümlədən aeroportun saxlanması xərcləri) artsa da, şirkət kifayət qədər gəlir əldə etmir.
«İnhisarçılığa gəlincə isə, Nazirlər Kabinetinin qərarı var, loukoster yaradılır. Bundan başqa, bu gün Azərbaycana və Azərbaycandan beynəlxalq uçuşların 52%-i xarici şirkətlərin, 48%-i AZAL-ın, uçuşların əksəriyyəti isə MDB ölkələrinin payına düşür», - deyə A.Məmmədov qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan xarici şirkətlərə ölkə regionlarına reyslərin sayını artırmağı təklif edir. «Bu gün DMAA 68 ölkə ilə uçuşların həyata keçirilməsinə dair saziş imzalayaraq razılaşdırıb. Lakin cəmi 22 ölkə ilə havaa əlaqəsi yaradılıb. Əgər hansısa şirkət Azərbaycana uçuşlar təşkil etmək istəsə, qapılarımız onun üzünə açıqdır», - deyə o vurğulayıb.*
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət