2017-ci il yanvarın 1-nə Azərbaycanda 107,358 min hüquqi şəxs qeydiyyatdan keçib ki, bu da ötən ilin əvvəlinə olan göstəricidən 7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Komitənin məlumatına görə, 2016-cı ildə 8,012 min hüquqi şəxs qeydiyyatdan keçib, 979 hüquqi şəxs fəaliyyətini dayandırıb.
2017-ci il yanvarın 1-nə respublikada 9,977 min kənd təsərrüfatı (artım 4,4%), 6,125 min təkrar emal (artım 5,6%), 11,22 min tikinti müəssisəsi (artım 5,4%) fəaliyyət göstərir.
Bundan başqa, 2016-cı ilin sonuna topdan və pərakəndə satış, avtomobil və digər məişət mallarının təmiri ilə məşğul olan 27,873 min (artım 7,5%), maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan 1,566 min (azalma 1,6%), daşınmaz əmlakla bağlı əməliyyatlarla məşğul olan 1,304 min (artım 8,4%), inzibati və yardımçı xidmətlərlə məşğul olan 4,054 min (artım 13,3%), rabitə və informasiya sahəsində fəaliyyətlə məşğul olan 2,691 min (artım 9,6%), sağlamlaşdırma və əyləncə sahəsində fəaliyyətlə məşğul olan 1,665 min hüquqi şəxs (artım 5,8%) qeydiyyata alınıb.
2017-ci il yanvarın 1-nə olan vəziyyətə görə, hüquqi şəxslərin strukturunda 95,017 min hüquqi şəxs (bütün hüquqi şəxslərin 88,5%-i) özəl müəssisələrin, 6,245 min hüquqi şəxs xarici, 1,96 min hüquqi şəxs birgə müəssisələrin, 10,64 min hüquqi şəxs (9,9%) dövlət müəssisələrinin, 1,017 min hüquqi şəxs (1,6%) bələdiyyələrin payına düşür.
Bundan başqa, yanvarın 1-nə Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan 685,406 min fiziki şəxs qeydiyyatdan keçib. 2016-cı ilin əvvəlləri ilə müqayisədə onların sayı 18,8% artıb.
Kənd təsərrüfatı sahəsində 178,422 min, emal sənayesi sahəsində 16,009 min, topdan və pərakəndə satış, avtomobil və məişət mallarının təmiri sahəsində 199,255 min fiziki şəxs fəaliyyət göstərir.
Maliyyə və sığorta fəaliyyəti ilə 1,473 min, daşınmaz əmlakla bağlı əməliyyatlarla 11,516 min, inzibati və yardımçı xidmətlər sahəsində 2,521 min, tikinti fəaliyyəti ilə 5,476 min, turistlərin yerləşdirilməsi və ictimai iaşə ilə 36,078 min, nəqliyyat və anbar təsərrüfatı ilə 76,106 min, sağlamlaşdırma və əyləncə sahəsində fəaliyyətlə 10,014 min, digər xidmətlərlə 101,528 min fiziki şəxs, qalanları digər fəaliyyət növləri ilə məşğul olur.
Statistik məlumatlara görə, Bakıda 58,039 min hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan 208,733 min fiziki şəxs var. **
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət