Bakı Körfəz Əməkdaşlıq Şurasına (GCC) üzv ölkələrin xarici işlər nazirlərinin görüşünü təşkil etməyi təklif edib. Bunu xarici işlər naziri Elmar Məmmədyarov deyib.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin verdiyi xəbərə görə, E.Məmmədyarov bu gün Bakıda Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani ilə görüşüb.
«Biz GCC nazirlərinin iclasının keçirilməsini təklif etmişik. Görüşün tarixi ilə bağlı müzakirələr gedir. Düşünürəm ki, bu ilin yayınadək Bakıda belə bir konfrans keçirəcəyik»,- deyə XİN başçısı görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, Bakı və Doha arasında əməkdaşlıq müxtəlif istiqamətlərdə dinamik templə inkişaf edir.
«Beynəlxalq səviyyədə də üst-üstə düşən siyasi münasibətlərimiz inkişaf edir. Görüşdə energetika sahəsində əməkdaşlıq məsələlərini nəzərdən keçirdik. Bildiyiniz kimi, Qətər dünya energetikasında mühüm rol oynayır. Biz TANAP və TAP qaz kəmərlərinin tikintisi layihələrini müzakirə etdik, Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı məsələlərə toxunduq”, deyə E.Məmmədyarov əlavə edib.
Onun sözlərinə görə, tərəflər turizm sahəsində əməkdaşlıq üçün böyük potensiala malikdir.
«Hesab edirik ki, turizm mühüm sahələrdən biridir. Bu, insanların Azərbaycana səfər etməsi ilə yanaşı, infrastruktur layihələrinə investisiya qoyuluşları üçün də şərait yaradır. Biz “Qatar Airways” şirkəti tərəfindən Bakıya uçuşların sayının artırılması ilə bağlı razılığa gəlmişik»,- deyə nazir qeyd edib.
M. Al-Tani isə deyib ki, rəsmi Bakı və GCC arasında əməkdaşlıq həm Azərbaycan, həm də Fars körfəzi ölkələri üçün faydalı olacaq. «Biz öz tərəfimizdən bu əməkdaşlığı dəstəkləyir və onun Şuraya və Azərbaycana böyük fayda verəcəyinə əminik»,- deyə o vurğulayıb.
E.Məmmədyarovun siyasi münasibətlərin yüksək səviyyədə olması ilə bağlı fikirlərini təsdiq edən qətərli nazir bildirib ki, təkbətək görüşdə Azərbaycanın üzləşdiyi problemlərin həllində ölkəni dəstəklədiklərini bir daha diqqüətə çatdırıblar.
«Biz Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığa hazırıq. Apardığımız bütün müzakirələr və reallaşdırdığımız layihələr məhsuldar olub. Amma bizim hələ imkanlarımız var. Turizm sahəsində əməkdaşlıq potensialı çox yüksəkdir. Bundan başqa, mən və həmkarım ölkələrimiz arasında viza rejiminin sadələşdirilməsi məslələsini müzakirə etmişik»,- deyə M. Al-Tani əlavə edib.
Onun sözlərinə görə, nazirlər, həmçinin ikitərəfli əsasda tələbə mübadiləsinin mümkünlüyü ilə bağlı müzakirələr aparıblar.*
F.İsazadə
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət