“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti Dünya Bankının “Azərbaycan Magistral Avtomobil Yolu 3” layihəsi çərçivəsində məsləhətçi seçir. Bu barədə ASC-dən məlumat verilir.
Seçim maraqların ifadə edilməsiüsulu ilə keçirilir.
Məsləhətçinin vəzifələrinə magistral avtomobil yollarının fəaliyyəti və istismarı üzrə yeddi yeni idarə və “Magistral Yolların İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətin fəaliyyətinin təminatı daxildir. “Magistral Yolların İstismarı” MMC-lərinə “Azəravtoyol” ASC-nin Bakıdakı baş idarəsində yerləşən Magistral Yolların İstismarı və Təmiri Şöbəsi (MYİTŞ) vasitəsilə nəzarət olunur. Bu şöbə respublikanın M-yollar şəbəkəsində cari və dövri istismar işlərinin idarə edilməsinə görə məsuliyyət daşıyır.
Məsləhət xidmətlərinə magistral yolların idarə olunması və istismarı üzrə texniki dəstək və təlimlərin təşkili daxildir.
Tapşırığın əsas məqsədi MYİTŞ-nin və “Magistral Yolların İstismarı” MMC-lərin tam şəkildə fəaliyyət göstərməsinin təmin edilməsindən ibarətdir. Qeyd olunan idarələr Azərbaycanın magistral yol şəbəkəsinin istismarı və idarə olunması işlərini səmərəli şəkildə həyata keçirəcəkdir.
Məsləhətçi 2017-ci ilin noyabr ayında xidmətlərin icrasına başlamalıdır. Müqavilənin icrasının müddəti ilkin olaraq 24 ay təşkil edir.
Tenderdə son beş ildə məsləhət xidmətləri göstərən, magistral avtomobil yollarının istismarı və idarə edilməsi daxil olmaqla yol sahəsində məsləhət xidmətlərinin göstərilməsini əks etdirən beynəlxalq təcrübəyə, regionda və ya Azərbaycanla oxşar şəraitdə olan ölkələrdə iş təcrübəsi olan konsaltinq şirkətlər iştirak edə bilər.
Seçimdə iştirak etmək istəyən şirkətlər 3 mart 2017-ci il tarixə qədər ərizələri təqdim etməlidir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət