AzərbaycanXarici İşlər Nazirliyi bloger Aleksandr Lapşinin Bakıya ekstradisiyası məsələsinə "Amnesty İnternational” təşkilatının siyasi don geyindirmək cəhdlərini tamamilə əsassız hesab edir.
“Sırf hüquqi müstəvidə olan Aleksandr Lapşin məsələsinə “Amnesty İnternational”-ın siyasi don geyindirmək cəhdləri tamamilə əsassızdır. Bəs görəsən niyə “Amnesty İnternational” beynəlxalq humanitar hüququ pozaraq Ermənistan tərəfindən Çingiz Qurbanovunmeyitinin bir aydan artıq müddətdə qaytarılmaması və ya ata-analarının qəbrlərini ziyarət edərkən girov götürülmüş və fiziki və psixoloji isgəncələrlə üzləşən soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi məsələsində susqunluq və görməməzliyə üstünlük verir?”, - deyə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
H.Hacıyev qeyd edib ki, hər bir fürsətdə Azərbaycanı əsassız olaraq tənqid etməyə aludə olan “Amnesty İnternational” Ermənistanın işğalı nəticəsində Azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarına münasibətdə indiyə qədər mövqe ortaya qoymayıb.
Rusiya və İsrail səfirliklərinin konsulluq xidmətləri, A.Lapşinin vəkili onun saxlanma şəraitindən məmnun olduqları halda, “Amnesty İnternational”ın A.Lapşinin işgəncələrlə üzləşə biləcəyi barədə cəfəng açıqlaması yalnız gülünc doğurur.Amnesty İnternational” Azərbaycana qarşı bu kimi ikili və yalan əsaslı siyasəti ilə NGO (QHT) deyil, artıq siyasi leksikona geniş sirayət etmiş “GONGO” (Government-Organized Non-Governmental Organization) təsiri bağışlayır", - deyə H.Hacıyev vurğulayıb. **
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət