Bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yuri Yakovlev Bakı və Xəzəryanı Yeparxiya tərəfindən müqəddəs apostol Varfolomey medalı ilə təltif olunub. Mükafat bankın xeyriyyəçilik fəaliyyəti və ictimai dəstək üçün reallaşdırılan layihələrdə fəal iştirakına görə verilib.
Xeyriyyəçilik fəaliyyəti VTB (Azərbaycan)-ın sosial-korporativ siyasətinin əsas hissəsidir. Bank səhiyyə, təhsil, mədəniyyət və idman sahəsində xeyriyyə və sponsorluq layihələrinin reallaşdırılmasına böyük əhəmiyyət verir.
Belə ki, bu yaxınlarda bank tərəfindən həyata keçirilən sosial layihələrdən biri “Ümid Yeri” sığınacağının uşaqları üçün kompüter sinfinin yaradılması olub. Bankın vəsaiti hesabına sinif otağı tam şəkildə təmir olunub və nəinki kompüter və printerlə, eləcə də tələb olunan mebellə də təmin edilib. Digər xeyriyyə layihəsi çərçivəsində VTB (Azərbaycan) tədris ili ərəfəsində aztəminatlı ailələrdən olan 100 uşağı lazımi məktəb ləvazimatı ilə təmin edib.
Bankın korporativ sosial siyasətində mədəni tədbirlərin, xüsusilə Rus Dram Teatrının tamaşa və qastrollarının dəstəyinə önəmli yer ayrılır. Eyni zamanda, VTB (Azərbaycan)-ın dəstəyi ilə 11 saylı internat-məktəbin şagirdləri dəfələrlə bu teatrın tamaşalarına gediblər.
Bundan başqa, bir neçə il ərzində VTB (Azərbaycan) ölkənin şahmat federasiyasını dəstəkləyib, Suraxanı rayonu Hövsan qəsəbəsindəki yeniyetmələr üçün basketbol dərnəyinə maliyyə yardımı edib. Xeyriyyə təşəbbüsləri çərçivəsində bankın kollektivi hər il talassemiya xəstəliyi olan uşaqlar üçün könüllü qanvermə aksiyaları təşkil edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət