“Şahdəniz” tyatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində tikinti işlərinin 89%-i tamamlanıb. Bu barədə “Şahdəniz” yatağının operatoru “BP-Azerbaijan” şirkətindən bildirilib.
“Layihə üzrə işlər - mühəndis işləri, təchizat və tikinti işləri də daxil olmaqla - ümumilikdə 89%-dən çox tamamlanıb. Azərbaycanda 24 mindən çox insan bütün əsas müqavilələr üzrə tikinti işlərinə cəlb olunub ki, onların da 80%-dən çoxu ölkə vətəndaşları olub”, - deyə şirkətin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, ölkədəki bütün tikinti-quraşdırma və istehsalat sahələrində - həm dənizdə, həm də quruda, o cümlədən Səngəçal Terminalı, Bakı yaxınlığındakı ATA (AMEK/Tekfen/Azfen) sahəsi, Bakı Dərin Özüllər Zavodu və Cənubi Qafqaz boru kəməri marşrutu boyunca irimiqyaslı işlər davam edir.
“ATA tikinti-quraşdırma sahəsində “Şahdəniz 2” platformasının hər iki üst modulunun tikintisi demək olar ki, başa çatıb və istismar sınaqları davam edir. Bu modulların dənizə yola salınması və quraşdırılması bu ilin ikinci və üçüncü rüblərinə planlaşdırılır. Bundan başqa, qabaqlayıcı qazma proqramı çərçivəsində 12 quyu qazılıb”, - deyə şirkətdən qeyd ediblər.
Bundan başqa, şirkətdən qeyd ediblər ki, Azərbaycan və Gürcüstanda Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi çərçivəsində işlər davam etdirilir.
Azərbaycanda 239 km uzunluğunda borular artıq qaynaq edilib, 207 km boru örtüklənib
Gürcüstanda kəmər xəttinin inşası üzrə tikinti işləri artmaqda davam etmişdir və 59 kilometrə yaxın boru qaynaq edilib və örtüklənib, 52 kilometrə yaxın boru isə xəndəyə endirilib.
Gürcüstanda 61 km uzunluğunda borular qaynaq edilib, iki kompressor stansiyasında tikinti-quraşdırma işləri davam edir. I kompressor stansiyasında işlərin 90%-i, II kompressor stansiyasında işlərin 55%-I, nəzarət-ölçü stansiyasında işlərin 90%-i tamamlanıb. I kompressor stansiyasında tikinti və nəzarət-ölçü stansiyasında işlərin 2017-ci ildə tamamlanması planlaşdırılır. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət