Böyük Britaniya şirkətləri Azərbaycanın qeyri-neft sektoruna maraq göstərir və bu, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi siyasəti ilə uyğun gəlir. Bu sözləri prezident İlham Əliyev deyib.
Dövlət başçısı martın 6-da Böyük Britaniyanın xarici işlər nazirinin müavini, Birləşmiş Krallığın diplomatik xidmətinin rəhbəri Saymon Makdonaldın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
“Böyük Britaniya şirkətləri son vaxtlar ölkəmizin qeyri-neft sektoruna daha çox maraq göstərir və bu, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi siyasəti ilə uyğun gəlir, eləcə də gələcəkdə ölkələrimiz arasında biznes əlaqələrinin daha da genişlənməsinə gətirib çıxaracaq”, - deyə o qeyd edib.
Prezident İ.Əliyev ölkələrimizin enerji sektorunda çox yaxşı əlaqələrə malik olduğunu bildirib, Azərbaycanın BP şirkəti ilə 25 ilə yaxın vaxt ərzində əməkdaşlıq etdiyini vurğulayıb. Dövlət başçısı BP-nin ölkəmizin enerji sahəsində əsas strateji tərəfdaşı olduğunu qeyd edərək bu əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirib.
“Azərbaycan ilə Böyük Britaniya arasında əməkdaşlıqla bağlı gündəlikdə duran məsələlər çox əhatəlidir”, - deyə o diqqətə çatdırıb.
Prezident əlaqələrimizin genişləndiyini qeyd edib.
S.Makdonald Azərbaycan ilə Böyük Britaniya arasında əldə edilmiş razılaşmalara əsasən çoxlu Britaniya şirkətlərinin ölkəmizə sərmayə qoyuluşuna cəlb olunduğunu vurğulayıb.
Görüşdə Azərbaycanda son illər həyata keçirilən islahatlar, təhsilə göstərilən yüksək qayğı, işsizliyin və yoxsulluğun azaldılması, sosial məsələlərin həlli istiqamətində görülən işlərdən danışılıb, neftin qiymətinin aşağı düşməsinin şaxələndirmənin sürətlənməsinə təsiri, ölkəmizin beynəlxalq aləmdə mövqeyi və Azərbaycana beynəlxalq təşkilatlar tərəfindən verilən qiymət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.*
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət