Milli Məclisin sədr müavini Valeh Ələsgərov hesab edir ki, Azərbaycanın 20% ərazisinin Ermənistan tərəfindən işğalının davam etməsinin səbəblərindən biri beynəlxalq birlik tərəfindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ikili standartların tətbiq edilməsidir.
«Uzun illərdir davam edən Ermənistan-Azərbaycan münaqişəsinin səbəbi Azərbaycan əhalisinə qarşı etnik təmizləmə siyasəti həyata keçirmiş Ermənistanın təcavüzkar siyasəti, eləcə də bu problemin həllində dünya birliyinin tətbiq etdiyi ikili standartlardır», - deyə o, bu gün BakıdaAvropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqın və məcburi köçkünlər üzrə komitəsinin iclasında çıxışı zamanı bildirib.
Sədr müavininin sözlərinə görə, dünya birliyi Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı vaxtında ədalətli mövqe tutsaydı, bu gün MDB məkanında belə problemlər olmazdı”, - deyə o vurğulayıb.
“Azərbaycan dünyada münaqişələrə qarşıdır. Ancaq günümüzün reallığı belədir ki, bütün dünya miqrasiya böhranı və qaçqın axını ilə bağlı ciddi çağırışlarla üzləşir», - deyə V.Ələsgərov qeyd edib.
Vitse-spiker vurğulayıb ki, belə çağırışlara qarşı birlikdə mübarizə aparmaq lazımdır. «Bu gün 500 milyon əhalisi olan Avropa İttifaqı Suriya və İraqdan axın edən 2 milyon miqrantın problemlərinin həllində böyük çətinliklərlə üzləşir. 10 milyon əhalisi olan Azərbaycanın isə Ermənistanın təcavüzkar siyasəti nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkünü var», - deyə V.Ələsgərov diqqətə çatdırıb.
O deyib ki, Azərbaycan parlamenti AŞPA ilə münasibətlərin hərtərəfli inkişafında maraqlıdır və bu, qarşılıqlı hörmətə əsaslanmalıdır.*
R.Babayev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət