Bakı Ali Neft Məktəbinin (BANM) ilk məzunları neft və kimya texnologiyaları, avtomatika sahəsində biliklərə yanaşı, həm də fövqəladə hallar zamanı davranış bacarıqlarına malik olacaqlar. Bu bacarıqlara onlar hər şənbə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi hospitalında yiyələnirlər. Burada tələbələr xilasetmə işlərində iştirak edir, yaralılara ilk tibbi yardım göstərməyi, həmçinin fövqəladə hallar zamanı sanitar-gigiyena qaydalarına uyğun zəruri tədbirlərin görülməsini öyrənirlər.
Tələbələrin tibbi hazırlığı birinci semestrdəki "Mülki müdafiə: Tibbi yardım göstərməyin əsasları" yeni fənn çərçivəsində mühazirələrin davamı olaraq təşkil olunub. Ötən il Ali Məktəbin "Neft-qaz mühəndisliyi" və "Kimya mühəndisliyi" ixtisasının beşinci kurs tələbələrinin cədvəlinə daxil edilmiş sözügedən fənni BANM-in Kimya mühəndisliyi kafedrasının professoru, Dövlət Sərhəd Xidməti Hərbi hospitalının Baş həkimi, tibb elmləri doktoru, professor Kənan Yusif-zadə aparır.
Nəzəri məşğələlərdə tələbələr mülki müdafiənin əsaslarını, sülh və müharibə dövrlərində fövqəladə hallar və hadisələrin tiplərini, bu hallarda xilasetmə işlərinin aparılması prosedurları və davranış qaydalarını öyrənirdilər. Proqram, mühazirələr ilə yanaşı, interaktiv tədris elementləri, o cümlədən müzakirələr, təqdimatlar, real halların modelləşdirilməsi və praktiki məşğələlərdən ibarət idi.
Tibbi təcrübə zamanı tələbələr ürəyin qapalı masajı və süni tənəffüs, sarğı qoymaq, qan nümunələri götürmək, xəsarət alanlara ilkin diaqnoz qoymağı öyrənirlər. Bundan əlavə, onlar əməliyyat iş şəraiti və yoluxucu xəstəliklərin profilaktikası ilə tanış olurlar.
Rektor Elmar Qasımov bildirib ki, neft və qazın kəşfiyyatı və hasilatı riskli olduğundan bu sahədə çalışan mütəxəssislərin fövqəladə vəziyyətdə nə etməli olduqlarını bilmələri mütləqdir. “Məhz bu səbəbdən biz yeni fənni məcburi fənn etməklə Ali Məktəbin bütün yuxarı kurs tələbələrinə tədris etmək niyyətindəyik” – deyə rektor qeyd edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət