Azərbaycan 2016-2017-ci illərdə kənd təsərrüfatı texnikasının alınmasına 150 milyon dollar yönəldib. Bunu prezident İlham Əliyev deyib.
“Kənd təsərrüfatı texnikasının alınması üçün keçən il və bu il 150 milyon dollar vəsait xərclənib”, - deyə dövlət başçısı martın 28-də Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, keçən il 1800 ədəd texnika, o cümlədən 94 pambıqyığan kombayn alınıb. Bu il 3811 ədəd texnika, o cümlədən 209 pambıqyığan kombayn sifariş edilib.
"Bu, dövlətin pambıqçılığın inkişafına real töhfəsidir. Bundan başqa, dövlət meliorasiya sisteminin yaxşılaşdırılması ilə bağlı işləri də öz üzərinə götürüb”, - deyə prezident qeyd edib.
İ.Əliyev vurğulayıb ki, keçən il 51 min hektardan 90 min tona yaxın pambıq yığılıb. 2015-ci ildə isə 18 min hektardan cəmi 35 min ton pambıq tədarük edilib.
O əlavə edib ki, bu il pambıq sahələrinin artırılması planlaşdırılır. “2017-ci ildə 136 min hektardan 270 min ton gözlənilir, orta məhsuldarlıq 20 sentner səviyyəsində olmalıdır, keçən il isə 17 sentner olub”, - deyə dövlət başçısı qeyd edib.
O vurğulayıb ki, meliorasiya və suvarma sisteminin yaxşılaşdırılması hesabına məhsuldarlığı artırmaq mümkündür. "Bu tədbirlər sayəsində 2020-ci ilədək orta məhsuldarlıq 30 sentnerə çatacaq və bu, il ərzində 600 min ton pambıq tədarükü deməkdir. Bu, real rəqəmlərdir”, - deyə İ.Əliyev bildirib.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət