“NABUCCO A&C” MMC 2017-ci il aprelin 12-də Bakıda keçiriləcək 4-cü Beynəlxalq Caspian Energy Forum-2017-nin (www.caspianenergyforum.com) partnyoru oldu.
“NABUCCO A&C” MMC şirkətinin baş direktoru Kəmaləddin Mənsimov “Baku Boulevard Hoteldə keçiriləcək Beynəlxalq Caspian Energy Forum-2017-ni dəstəkləməyə hazır olduğunu və forumda iştirakını” təsdiqləyib. “Forum Azərbaycanın qeyri-neft sektoruna daha çox xarici investisiya qoyuluşuna təkan verəcək. Azərbaycan Respublikası Prezidentinin qəbul etdiyi yol xəritələrinə əsasən tikinti sektorunda, həmçinin forumun üçüncü sessiyasının həsr olunacağı İKT, turizm, maliyyə sahələrində və iqtisadiyyatın qeyri-neft sektorunun digər istiqamətlərində fəaliyyətin aktivləşdirilməsi planlaşdırılır. Mən əminəm ki, forum biznes və hökumət nümayəndələri arasında əməkdaşlığın yeni istiqamətlərinin müzakirəsinin aparıcı mərhələsinə çevriləcək ki, bu da öz növbəsində Azərbaycanda qeyri-neft sektorunun inkişafına stimul verəcək”, - deyə o vurğulayıb.
Caspian European Club (Caspian Business Club) və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevin sözlərinə görə, “tikinti bazarında özünü etibarlı partnyor kimi tanıdan NABUCCO A&C şirkəti uzun illərdir ki, Caspian European Club (Caspian Business Club) və Caspian American Club-un üzvü, həmçinin CEİBC-nin biznes-forumları çərçivəsində keçirilən müzakirələrin fəal iştirakçısıdır”.
“NABUCCO A&C” İsveçin “ASTRON BUILDINGS” şirkətinin Azərbaycan ərazisində rəsmi və eksklüziv İnşaatçı Partnyorudur. Şirkət tikinti sahəsində lider mövqe tutur. “NABUCCO A&C” eyni vaxtda bir neçə mühüm istiqamət: sənaye və kommersiya təyinatlı tamkomplektli polad binaların layihələndirilməsi, istehsalı, quraşdırılması və montajı üzrə uğurla fəaliyyət göstərir.
“Bizim fikrimizcə, ən vacib məqam Caspian Energy Forum-2017-yə Azərbaycan Respublikası Prezidenti, Caspian European Club (Caspian Business Club) və Caspian American Club-un Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatları dəstəkləyən və bu proseslərdə fəal iştirak edən hökumət nümayəndələrinin, nəhəng şirkət və təşkilat rəhbərlərinin qatılmasıdır. Biz Azərbaycan Prezidenti Administrasiyasına, xahişimizi müsbət cavablandıran və iqtisadi islahatların ilkin nəticələrinə həsr olunmuş foruma qatılmağa, həmçinin Azərbaycanda fəaliyyət göstərmək niyyətində olan şirkətləri narahat edən problemlərin, məsələlərin və təklifləri müzakirəsində spiker və iştirakçı qismində çıxış etməyə razılıq verən bütün hökumət üzvlərinə və Milli Məclisin deputatlarına, nazirlərə, dövlət komitələrinin, dövlət agentliklərinin və dövlət şirkətlərinin rəhbərlərinə təşəkkür edirik", - deyə Telman Əliyev vurğulayıb.
Caspian Energy Forum-2017-yə həmçinin avrokomissarlar, Azərbaycanın, Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət strukturlarının, nazirlik, komitə və qurumlarının rəhbərləri, Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri, eləcə də nəhəng beynəlxalq şirkətlərin başçıları qatılacaqlar. Ümumilikdə forumun işində dünyanın 50 ölkəsindən 500 deleqat iştirak edəcək.
Forum üç sessiyadan ibarət olacaq. Birinci sessiya həyata keçirilən iqtisadi islahatların ilkin nəticələrinə həsr olunacaq. İkinci sessiya Xəzər region dövlətlərinin neft-qaz və enerji sektorunun inkişafı, üçüncü sessiya isə qeyri-neft sektorunda (maliyyə, nəqliyyat, İKT, aqrosənaye və turizm) həyata keçirilən layihələr və onların dünya bazarlarında irəliləyişi mövzusunu əhatə edəcək.
4-cü Beynəlxalq Caspian Energy Forum-2017-nin baş sponsoru Azersun Holding, sponsorları “Veysəloğlu” şirkətlər qrupu, Cross Caspian Oil and Gas Logistics LLC, PolyMart və “R.İ.S.K.” Elmi-İstehsalat Şirkəti, partnyorları “NABUCCO A&C” MMC, SİNAM, “Nərimanfilm”, “Azpetrol Ltd” MMC, “AzMetco” ASC və “ASE EXPRESS & OCS, DSV”dir.
Forumda iştirak etmək üçün http://caspianenergyforum.com/index.php/en/registration linki vasitəsilə qeydiyyatdan keçilməlidir.
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə ölkəmizdə ilk “Customer Tech Conference” keçirildi
Bank Respublika qan donorluğunda fəal iştirakına görə mükafatlandırılıb
Azerconnect Group və Vodafone Group arasında tərəfdaşlıq müqaviləsi imzalandı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət