Bakı Nəqliyyat Agentliyi paytaxtda taksi xidmətinin göstərilməsi sahəsində islahatların aparılmasının zəruri olduğunu hesab edir. Bu barədə BNA-dan məlumat verilib.
“Bakı Nəqliyyat Agentliyində (BNA) paytaxtın inzibati ərazisində taksi xidməti ilə məşğul olan şirkət rəhbərləri ilə görüş keçirilib. Görüşdə əhaliyə, eləcə də paytaxtımıza gələn turistlərə təhlükəsiz, rahat və keyfiyyətli taksi xidmətinin göstərilməsinin təmin edilməsi ilə bağlı məsələlər müzakirə edilib. Hazırda müxtəlif şirkətlər tərəfindən göstərilən taksi xidmətlərində mövcud olan çatışmazlıqlar diqqətə çatdırılıb. Onların qısa vaxtda aradan qaldırılması ilə bağlı tapşırıqlar verilib”, - deyə məlumatda deyilir.
Agentlikdən bildiriblər ki, taksi şirkətləri balanslarında olan nəqliyyat vasitələrini mütləq qaydada şəhərimizin müasir simasına uyğunlaşdırılmalıdırlar. Taksi xidməti sərnişinlərin rahatlığını və təhlükəsizliyini təmin edə bilən və bu növ daşımalar üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz vəziyyətdə olan nəqliyyat vasitələri ilə həyata keçirməlidir.
“Görüşdə BNA-nın taksi minik avtomobilləri və onların sürücüləri ilə bağlı hazırladığı tələblər də müzakirə edilib. Bu xidmət sahəsində islahatların keçirilməsinin vacibliyi bir daha qeyd edilib. Nəqliyyat vasitələri üçün fərqlənmə nişanın alınması, taksi sürücülərinin peşəkarlığı, onların sərnişinlərlə münasibətdə etik davranış qaydalarına əməl etməsi vacibdir”, - deyə məlumatda vurğulanır.
Bundan başqa, görüşdə taksi minik avtomobillərinin reys qabağı texniki sürücülərin isə tibbi müayinədən keçməsi məsələləri müzakirə olundu.
Növbəti belə tədbirin aprel ayında keçirilməsi qərara alınıb. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət