Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) "Maliyyə bazarlarında nəzarət edilən subyektlər tərəfindən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına ödənilən haqların tənzimlənməsi Qaydaları"nı təsdiq edib.
Bu qaydalar 19 aprel 2017-ci il tarixindən qüvvəyə minir.
Palataya banklar, bank olmayan kredit təşkilatları, poçt rabitəsinin milli operatoru, sığortaçılar və təkrarsığortaçılar, fond birjaları, investisiya şirkətləri, mərkəzi depozitar, klirinq təşkilatları, investisiya fondları, investisiya fondunun idarəçisi, investisiya fondunun depozitarı, kredit büroları, lotereya təşkilatçıları (stimullaşdırıcı lotereyalar istisna olmaqla) və idman mərc oyunlarının operatorları tərəfindən haqlar ödənilir.
Nəzarət subyektlərinin illik dövri ödənişi də müəyyənləşdirilib. Cəmi aktivləri 1 mlrd. manatdan çox olan banklar sabit olaraq palataya 800 min manat, cəmi aktivləri 500 mln. - 1 mlrd. manat arası olan banklar 500 min manat, cəmi aktivləri 500 mln. manatdan az olan banklar 300 min manat, cəmi aktivlər 20 mln. manatdan çox olan banklar 50 min manat illik dövrü ödəniş etməlidir.
Bank olmayan kredit təşkilatlarına gəlincə, cəmi aktivlər 20 mln. manatdan çox olan bank olmayan kredit təşkilatları üçün sabit illik dövrü ödəniş 50 min manat, cəmi aktivləri 3-20 mln. manat arası olan bank olmayan kredit təşkilatları üçün 30 min manat, cəmi aktivləri 3 mln. manatdan az olan bank olmayan kredit təşkilatları üçün 15 min manat müəyyənləşdirilib.
Qeyri-həyat sığortaçı və təkrarsığortaçı üçün ödəniş 700 min manatı, həyat sığortası ilə məşğul olan sığortaçı üşün 750 min manatadək təşkil edəcək.
Fond birjaları və klirinq təşkilatları üçün illik ödəniş 15 min manat, investisiya şirktləri üçün 10 min manat, investisiya fondları üçün 20 min manat, kredit büroları üçün 10%, lakin illik ən çox 250 min manat səviyyəsndə təsdiq olunub.
Lotereya təşkilatçıları hər il Palataya 150 min manat, idman mərc oyunlarının operatorları 475 min manat ödəniş edəcəklər
Nəzarət subyekti təqdim olunmuş hesab-faktura üzrə məbləği 10 iş günü müddətində Palatanın bank hesabına köçürür. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət