“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC “Azərbaycan” gəmi-bərənin əsaslı təmirini başa çatdırıb. Bu barədə QSC-dən məlumat verilib.
Gəmi-bərənin təmiri “Zığ” Gəmi Təmiri Zavodunda iki aya yaxın davam edib.
“Tərsanə işləri zamanı gəmi-bərənin sualtı hissəsi təmizlənərək rənglənib, sükan və köməkçi qurğusu, hərəkət mexanizmləri, kinqston qutuları, klinketləri tam təmir olunub”, - deyə məlumatda deyilir.
Bundan başqa, üzən nəqliyyat vasitəsinin qəza dizel generatoru, müxtəlif təyinatli su, yağ və yanacaq nasosları və onların elektrik mühərrikləri, hər iki baş mühərriki, üç ədəd köməkçi mühərriki genoratorlarla birgə təmir olunub.
Həmçinin, üç ədəd nasos və hava kompressoru yenisi ilə əvəzlənib, baş və köməkçi mühərrikləri, digər qurğu və avadanlıqların avtomatik idarəetmə, qorunma və siqnal sistemləri nizamlanıb. Gəmi gövdəsinin suüstü hissəsi , vaqon və avtomobil göyərtəsi, tüstü boruları, dəhlizlər, tamburlar və s. təmizlənərək rənglənib.
“Azərbaycan” gəmi-bərəsi 1985-ci ildə inşa edilib. Uzunluğu 154, eni 18 metr olan gəmi 2425 ton yükgötürmə qabiliyyətinə malikdir.
Gəmiçiliyin donanmasında 13 ədəd gəmi-bərə, 2 ədəd Ro-Ro tipli gəmi var. Donanmada mövcud olan 13 gəmi-bərədən 7-si 28 vaqon tutumuna, 6-sı isə 52-54 vaqon götürmə imkanına malikdir. Hazırda bu gəmi-bərələr Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yüklərin daşınmasına xidmət edir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət