Xarici işlər naziri Elmar Məmmədyarov əmindir ki, Azərbaycanın Rusiyadakı səfiri, UNESCO-nun baş direktoru postuna namizəd Polad Bülbüloğlu vəzifəsinin öhdəsindən layiqincə gələcək.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, E.Məmmədyarov UNESCO-nun İcraiyyə Şurasına üzv olan dövlətlərin Azərbaycanda akkreditə olunan səfirləri ilə görüşüb.
“İnanıram ki, bəstəkar, müğənni, aktyor və elmi fəaliyyəti ilə seçilən, zəngin idarəçilik və diplomatik təcrübəyə malik şəxs kimi Polad Bülbüloğlu UNESCO-nun baş direktoru vəzifəsinə seçildiyi təqdirdə, bu vəzifənin öhdəsindən layiqincə gələcək”, - deyə o bildirib.
XİN başçısı Azərbaycan və UNESCO arasında sıx əməkdaşlığın qurulduğunu, təşkilatın ölkəmizdə mədəni irsin təşviqi və qorunması, təhsil və elm sahəsində islahatların aparılması işinə öz əsaslı dəstəyini verdiyini qeyd edib.
“Azərbaycan UNESCO-nun dəyərlərinə və təməl prinsiplərinə sadiq ölkə kimi, bu qurumun məqsəd və məramlarının beynəlxalq səviyyədə təşviq olunmasına daim öz töhfəsini verir”, - deyə E.Məmmədyarov əlavə edib.*
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət