Cari ilin 4-5 may tarixlərində Azərbaycan Xalça Muzeyində “Xalçaçı günü” peşə bayramı qeyd olunacaq. Bununla əlaqədar müasir xalçaçılığa həsr olunmuş silsilə tədbirlər – dəyirmi masa, sərgi və ustad dərsləri keçiriləcək.
Azərbaycanda xalçaçılıq sənəti qədim tarixə malikdir. Azərbaycan xalçası beynəlxalq miqyasda tanınır, dünya muzeylərində və şəxsi kolleksiyalarda qorunub saxlanılır. Məhz dövlətin qayğısı nəticəsində 2010-cu ilin 10 noyabr tarixində Azərbaycan xalça sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.
Toxuculuğun inkişafı haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bir sıra qanun və sərəncamlar imzalanmışdır. Bunlara misal olaraq, “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında Azərbaycan Respublikasının qanunu”nu, “Xalçaçı günü” peşə bayramının təsis olunması ilə bağlı sərəncamını göstərə bilərik.
Tədbirlərdə 100-dən çox ölkəmizin qabaqcıl və fərdi fəaliyyət göstərən toxucuları, xalçaçı rəssam və ekspertləri, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllim-tələbə heyəti və bu sahədə çalışan digər mütəxəssislər iştirak edəcəklər. Dəyirmi masada xalçaçılığın bugünkü inkişafı, mövcud problemləri və onların aradan qaldırılması yolları, unudulmaqda olan toxuculuq texnikalarının tədqiqi və təbliği, gələcək nəsillərə çatdırılması, əl ilə toxunan xalçaların ölkə və dünya miqyaslı bazarlara çıxarılması, xalça toxucularının xammalla təmin olunması, qloballaşma dövründə hər bölgənin spesifik xüsusiyyətlərini yaşatmaq və digər məsələlər müzakirə olunacaq.
Həmin tarixlərdə vətənimizin bütün güşələrindən gələn iştirakçıların əl işləri – böyük zövqlə toxunmuş, təbii boyalarla boyanmış xalça və xalça məmulatlarından ibarət sərgi-yarmarkası keçiriləcək. Bu sərginin məqsədi xalçaçılıq sənətini yaşatmaq, toxuculuğun bu əsrarəngiz sahəsində çalışan fərdi xalçaçılara dəstək olmaqdan ibarətdir. Bu zəhmətli işə qiymət verib dəstəkləyərək, biz çox gözəl ənənənin bir hissəsinə çevrilir , onun davamına və inkişafına təkan vermiş oluruq.
Şəhərimizin sakinlərini və qonaqlarını bu satış yarmarkasında iştirak etməyə dəvət edirik.
Tədbirlər ərzində Azərbaycan Xalça Muzeyində unudulmaqda olan xovsuz və xovlu xalçaların texnologiyaları üzrə ustad dərsləri təşkil olunacaq.
Daha ətraflı məlumat: www.azcarpetmuseum.az
www.facebook.com/AzerbaycanXalcaMuzeyi/
Tel.(+99412) 497 20 16
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət