Almaniyanın “thyssenkrupp Elevator” şirkəti “Bakı Metropoliteni” QSC-nin sifarişi ilə Azərbaycana 25 ən hündür eskalator tədarük edəcək. Bu barədə şirkətdən məlumat verilib.
“thyssenkrupp Elevator” gələcək 3 il ərzində Bakı metro stansiyaları üçün 25 eskalatorun tədarükünə dair tenderin qalibi olub. On milyonlarla avro dəyərinə müqavilə “Sahil” və “Xətai” stansiyaları üçün 8 və metronun yeni stansiyalarından biri üçün 17 eskalatorun tədarükünü nəzərdə tutur”, - deyə məlumatda deyilir.
Məlumata görə, hər birinin uzunluğu 48,7 metr olan 4 eskalator “Xətai” stansiyasında quraşdırılacaq və şirkətin istehsal etdiyi ən uzun eskalator olacaq.
Yeni eskalatorların quraşdırılması Bakı metrosunun ötürmə qabiliyyətini 30% artıtracaq və illik təxminən 222 mln. sərnişin axınının səmərəliliyini təmin edəcək.
“Tbilisi metrosunda şirkətin analoji eskalatorları artıq quraşdırılıb. Onlar stansiyaların ötürmə qabiliyyətini 50% artırıb”, - deyə məlumatda vurğulanır.
Eskalator istehsalı sahəsində lider olan “thyssenkrupp Elevator”un eskalatorları bütün dünyada məşhurdur. Konsernin avadanlığı səmərəlilik və etibarlılıq nöqteyi-nəzərindən ən yaxşılardan biri kimi tanınır. **
Şirkətin 50 min əməkdaşı var. Dünyada “thyssenkrupp Elevator”un 900-dən artıq şöbəsi fəaliyyət göstərir.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət