Rəsmi Bakı hesab edir ki, faşizmin qəhrəmanlaşdırılması Ermənistanda dövlət siyasətinə çevrilib.
“Nasizmin təbliği və faşizmin qəhrəmanlaşdırılması Ermənistanda dövlət siyasətinə çevrilib”, - deyə İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 72-ci ildönümü ilə əlaqədar Xarici İşlər Nazirliyininmətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin bəyanatında deyilir.
Onun sözlərinə görə, faşist Almaniyasının SS generalı Njde Qaregin və "Dro" ləqəbi ilə tanınan Drastamat Kanayanın "milli qəhrəman" kimi təbliğ edilməsi, onların adlarının əbədiləşdirilməsi Ermənistan rejiminin əsl mahiyyətini açıq şəkildə göstərir.
“Njde Qaregin və Drastamat Kanayan II Dünya müharibəsində işğal olunmuş SSRİ ərazilərində yəhudilərə və digər millətlərə qarşı xüsusi amansızlıqla qırğınlar törədib. Həmçinin, Bolqarıstan və Rumıniyada erməni milliyyətçi təşkilatı olan "Tsexakron" üzvlərindən ibarət döyüşçü qruplar yaradılıb və bu təşkilat dünyadakı bütün erməniləri nasistlərlə əməkdaşlığa çağırıb”, - deyə H.Hacıyev qeyd edib.
“Dəhşət doğuran hal odur ki, "Njdeizm" adı altında bu irqçi ideologiya Ermənistanda orta və ali məktəb proqramına daxil edilib və gənc nəsil bu ruhda tərbiyə edilir. Dövlət başçısı Serj Sarkisyanın rəhbəri olduğu Ermənistan Respublikaçılar partiyası Njdeni özlərinin lideri, ideoloji öndəri sayır”, - deyə H.Hacıyev vurğulayıb.
Onun sözlərinə görə, Ermənistanda, indi iqtidarda olan Respublikaçılar Partiyası tərəfindən çap edilmiş “Garegin Njdenin Təlimi” kitabı dövlət səviyyəsində Ermənistan diplomatik nümayəndəlikləri tərəfindən ölkə xaricində də təbliğ olunur. Ermənistan tərəfindən dövlət büdcəsi hesabına bir neçə milyon dollara “milli qəhrəman” Garegin Njde haqqında film çəkilib.
“ 28 may 2016-cı il tarixində ölkə rəhbərliyinin iştirakı ilə Njde Qareginə Yerevanın mərkəzində böyük abidə qoyulması II Dünya müharibəsində faşizmə qarşı mübarizədə həlak olmuş milyonlarla insana, onların yaxınlarına və veteranlara hörmətsizliyin ifrat nümunəsidir”, - deyə H.Hacıyev bəyan edib.
XİN rəsmisi dünyanı faşizm təhlükəsindən xilas edən və bu yolda şəhid olan milyonlarla insanın ailə üzvlərinə, müharibə veteranı və əlillərinə, ümumilikdə beynəlxalq ictimaiyyətə üz tutaraq Ermənistanın bu kimi səylərinə qarşı səslərini ucaltmağa çağırıb. **
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət