Maliyyə naziri Samir Şərifov və Azərbaycan Beynəlxalq Bankının (ABB) nümayəndələri borcların bir hissəsi ilə ölkənin suveren istiqrazlarının mübadiləsi imkanlarını müzakirə etmək üçün mayın 23-də bankın xarici kreditorları ilə görüşəcəklər.
«Bank və maliyyə naziri mayın 23-də investorlarla görüşərək bankın borclarının könüllü şəkildə restrukturlaşdırılması sxemini onlara göstərmək niyyətindədir», - deyə bank bazarındakı məlumatlı mənbə “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
ABB mayın 11-də xarici borc üzrə ödənişləri dayandırması və investorlara öz borclarının bir hissəsini Azərbaycanın suveren istiqrazlarına dəyişdirməyi təklif edəcəyi barədə məlumat yayıb. Mənbənin məlumatına görə, sxemin investorlara məlum olan yeganə detalı bundan ibarətdir ki, “ABB-nin xarici öhdəliklərinin bir hissəsi Azərbaycanın suveren istiqrazlarına dəyişdiriləcək”.
«Bankın xarici borc üzrə ödənişləri dayandırması barədə məlumat yayıldıqdan sonra ABB-nin istiqrazları dərhal dəyərdən düşüb», - deyə mənbə qeyd edib.
Nəticədə ABB qrafik üzrə mayın 10-da ödənilməli olan öhdəliklər üzrə ödənişi gecikdirib.*
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət