Sahibkarlığa Kömək Milli Fondu (SKMF) müvəkkil kredit təşkilatları vasitəsilə 2017-ci ilin I rübündə Azərbaycanda sahibkarlara 21 mln. 310,7 min manat məbləğində güzəştli kredit ayırıb. Bu barədə Fondun kreditləşmə sahəsində fəaliyyətinə dair dərc olunan hesabatında deyilir.
Xəbər verildiyi kimi, 2016-cı ilin yanvar-mart aylarında Fondun vəsaiti hesabına sahiblarların maliyyələşdirilməsi 39 mln. 710,5 min manat təşkil edib. Beləliklə, 2017-ci ilin birinci rübündə SKMF xətti ilə kreditləşmənin həcmi 46,3% azalıb.
Cari ilin birinci rübü ərzində Fondun vəsaiti hesabına 103 layihə maliyyələşdirilib (azalma 3,1 dəfə - İF-Az).
Bu layihələrin kreditləşdirilməsi 416 yeni iş yerinin yaradılmasına imkan verib (azalma 28,8% - İF-Az)
Hesabat dövründə sənaye məhsullarının istehsalı və emalı sahəsində 15 min manat məbləğində 1 layihə, ASK məhsullarının istehsalı sahəsində 21 mln. 295,7 min manat məbləğində 102 layihə maliyyələşdirilib.
Birinci rübdə 19 mln. 25 min manat məbləğində 4 xüsusi iri, 1 mln. 85,7 min manat məbləğində 96 kiçik, 1 mln. 200 min manat məbləğində 3 orta kredit verilib.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 50-dən artıq bank və bank olmayan kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2016-cı ildə fondun xətti ilə sahibkarlara 190 mln. manat məbləğində güzəştli kredit verilib. 2017-ci ildə bu məbləğ 150 mln. manat təşkil edəcək.**
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət