“Carlsberg Azerbaijan” MMC pivə satışı məqsədilə dilerlər seçir. Bu barədə şirkətdən məlumat verilib.
“Seçimdə iştirak üçün pivə satışı üçün öz avadanlığının olması, şirktin məhsllarının müstəqil nəqli və bank zəmanətinin rəsmiləşdirilməsi zəruri şərtlərdir”, - deyə məlumatda vurğulanır.
Satış on-trade kanalı vasitəsilə, yəni pivənin bilavasitə istehlak olunduğu yerlərdə həyata keçirilməlidir.
“Baltika-Bakı” pivə zavodu Xırdalan şəhərində yerləşir. “Carlsberg” Qrupunun tərkib hissəsi olan “Baltika” şirkəti zavodu 2008-ci ildə əldə edib, 2009-cu ilin may ayında isə yenidənqurma işlərindən sonra istifadəyə verib.
Fevralın 14-dən “Baltika-Bakı” MMC-nin adı dəyişdirilərək “Carlsberg Azerbaijan” MMC adlandırılıb. Bu addım Azərbaycanda yerləşən pivə istehsalı zavodunun birhissəsi olduğu “Carlsberg Group” şirkətinin sonrakı inteqrasiyası və firma üslubunun qrupun digər şirkətləri ilə birləşdirilməsi üçün atılıb.
Zavodun istehsal gücü ildə 10 milyon dekalitr təşkil edir. Zavodun inkişafına sərmayələrin ümumi məbləği 47 mln. manat təşkil edir. “Baltika-Bakı” Xırdalan, “Tuborg”, “Baltika 7”, “Baltika 0”, “Xırdalan Draft”, “Kuler”, “Əfsanə”, “Jiqulevskoe” kimi pivə brendləri istehsal edir.**
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət