Azərbaycanın dövlət şirkətləri 2016-cı ildə dövlət büdcəsinə vergi borclarını xeyli dərəcədə azaldıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Hesablama Palatasından məlumat verilib.
"2016-cı ildə dövlət büdcəsinə vergi borcları 979 mln. 314,3 min manat və ya 40,6% – 1 mlrd. 434 mln. 449,4 min manatadək azalıb. Bu azalma dövlət şirkətləri və təşkilatların borclarının 806 mln. 479,7 min manat məbləğində azalması ilə əlaqədardır", - deyə məlumatda bildirilir.
1 yanvar 2017-ci il tarixinə büdcəyə əsas vergi borcunun məbləği 860 mln. 589,8 min manat təşkil edir, 193 mln. 47,2 min manat maliyyə sanksiyalarının, 380 mln. 812,4 min manat cərimələrin payına düşür.
Hesablama Palatasının məlumatına görə, vergi borclarının 97,6%-i və ya 1 mlrd. 400 mln. manat qeyri-neft sektorunun borclarının payına düşür. Bundan əlavə, ötən il neft sektorunun borclarının həcmi 5,7% artıb, qeyri-neft sektorunun borclarının həcmi isə 41,2% azalıb.
Dövlət sektoru müəssisələrinin borcu 365 mln. 419,5 min manat və ya bütün borcların 25,5%-ni, özəl müəssisələrin borcu 1 mlrd. 690 mln. 29,9 min manat və ya 74,5% təşkil edir. 2016-cı ildə dövlət müəssisələrinin vergi borcları 68,8%, özəl müəssisələrin vergi borcları 13,9% azalıb.
Ötən il dövlət mülkiyyətində olan vergi ödəyiciləri üzrə əhəmiyyətli azalma “Azərenerji” ASC-nin borclarının ümumilikdə 796 mln. 289,7 min manat azalaraq 3506,2 min manata enməsi, o cümlədən verginin əsas məbləği üzrə borcun 390295,5 min manat azalması ilə əlaqədardır.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət