2016-cı ilin iyul ayında "Azər-Türk Bank" ASC "Bank Standard" QSC-yə 100 mln. manat məbləğində kredit verib, kredit üzrə qalıq "Aqrarkredit” QSC-yə ötürülüb.
"Azər-Türk Bank"ın auditdən keçən illik maliyyə hesabatında deyilir ki, bu kredit bankın likvidliyinin yaxşılaşdırılması məqsədilə "Bank Standard"a təqdim olunub.
“2016-cı ilin sentyabr ayında Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) "Bank Standard"ı müflis elan edib və lisenziyasını ləğv edib. Kredit 31 dekabr 2016-cı il tarixinə ödənilməmiş qalıb. Rəhbərlik hesab edir ki, "Azər-Türk Bank" "Bank Standard"a kreditin verilməsindən etibarən həmin kredit üzrə kredit riski daşımayıb. Bu fərziyyə 2016-cı il ərzində dövlət orqanlarından əldə edilən müxtəlif sübutlarla əsaslandırılır. 31 dekabr 2016-cı il tarixinə "BankStandard"a verilmiş kreditin qalığı 103,319 mln. manat təşkil edib. Bundan sonra, Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli sərəncamına əsasən "Bank Standard"a verilmiş kreditlər və "Azər-Türk Bank"ın AMB qarşısındakı öhdəlikləri "Aqrarkredit”ə ötürülüb”, - deyə hesabatda vurğulanıb. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət