Birləşmiş Ərəb Əmirliklərinin “DP World Group” Ələt Azad Ticarət Zonasına dair texniki-iqtisadi əsaslandırma və Baş Planı hazırlayıb. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev bəyan edib.
“DP World Group” bu layihənin texniki-iqtisadi əsaslandırma və Baş Planı və “Azad zonalar haqqında” qanun layihəsini hazırlayıb. Ümid edirik ki, bu yaxınlarda həmin layihə dövlət başçısına təqdim olunacaq”, - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, 2017-ci ilin I rübündə Azərbaycan limanları vasitəsilə 3 mln. ton yük daşınıb. “Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanının birinci məərhələsinin tikintisi başa çatandan sonra onun yükləri aşırma gücü illik 15 mln. tona qədər artacaq”, - deyə Ş.Mustafayev vurğulayıb.
Xəbər verildiyi kimi, Ələt qəsəbəsində 400 hektar sahədə yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi həyata keçirilir.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının birinci mərhələsinin tikintisinin 2017-ci ildə başa çatacaq. Tamamlandıqdan sonra yeni liman 25 mln. ton ümumi yük, eləcə də 1 mln. TEU konteyner yükü aşırma gücünə malik olacaq.
Limanın tikintisinin podratçısı “Azərkörpü” ASC-dir. Liman kompleksinin layihəsi Hollandiyanın “Royal Haskoning” şirkəti tərəfindən hazırlanıb.
Öncə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov bəyan edib ki, azad ticarət zonası 2017-ci ilin birinci yarısında fəaliyyətə başlaya bilər. Zonanın ərazisində neft-kimya, əczaçılıq, yüngül sənaye, ASK və digər sahələrdə sənaye klasterlərinin yaradılması planlaşdırılır.
Xəbər verildiyi kimi, 2016-cı ilin sentyabr ayının əvvəlində “DP World Group” Ələt azad ticarət zonasının yaradılması çərçivəsində Azərbaycan hökumətinin məsləhətçisi qismində cəlb olunub.
Bu layihə üzrə “Economic Zones World FZE” şirkəti konsaltinq xidmətləri göstərir.
“DP World Group”la müqavilə 3 komponentdən ibarətdir: azad ticarət zonasının yaradılması ilə bağlı qanunvericilik bazası, Baş Plan və texniki-iqtisadi əsaslandırmanın hazırlanması. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət