Azərbaycan hökuməti 2018-ci ildə Azərbaycan Beynəlxalq Bankında öz payını satmağı planlaşdırır. Bu barədə bankın saytında dərc olunan təqdimatda deyilir.
Bank 23 may tarixində Londonda xarici kreditorlarla keçirilən görüşdə onu təqdim edib.
“Bankın sağlamlaşdırılması planının əsas mərhələləri aktivlərin və öhdəliklərin təkrar strukturlaşdırılması, daxili yenidənqurulma və özəlləşdirilmədən ibarətdir. Daxili yenidənqurulma Gürcüstan və Rusiyada törəmə bankların satışını nəzərdə tutur. Bank 2017-ci ildə bu prosesi həyata keçirmək niyyətindədir. ABB-də hökumətin payının satışı 2018-ci ildə planlaşdırılır”, - deyə təqdimatda vurğulanır.
Bank 2017-ci ilin may-sentyabr aylarında aktivlərin və öhdəliklərin təkrar strukturlaşdırılmasını başa çatdırmaq niyyətindədir.
“2016-cı ildə ABB 9,9 mlrd. manat məbləğində toksik aktivləri dövlətə məxsus “Aqrarkredit” BOKT-yə verərək, aktivlərin təkrar strukturlaşdırılması üzrə birinci mərhələni uğurla başa çatdırıb. Xarici öhdəliklərin təkrar strukturlaşdırılması prosesi bitdikdən sonra bank və Maliyyə Nazirliyi 4,9 mlrd. manat məbləğində “pis” aktivlərin verilməsini həyata keçirərək, aktivlərin təkrar strukturlaşdırılması üzrə ikinci mərhələsinə başlamaq niyyətindədir”, - deyə təqdimatda qeyd olunur. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət