Neftin qiymətinin bahalaşması Azərbaycan iqtisadiyyatının bərpasını sürətləndirəcək. “Moody`s” beynəlxalq reytinq agentliyinin kiçik vitse-prezidenti, analitik Pyotr Paklin belə hesab edir.
"Bizim qiymətləndirmələrimizə görə, 2017-ci ildə Azərbaycanda ÜDM 1% azalacaq, 2018-ci ildə isə 1,8% səviyyəsində artm müşahidə olunacaq. Əgər neftin bir barelinin qiyməti 50 dolları ötərsə, bu halda dövlət sərt iqtisadi rejimdən imtina edə və dövlət investisiyalarının həcmini artıra bilər ki, bu da nəticədə iqtisadiyyatın bərpasını sürətləndirəcək", - deyə P.Paklin bu gün Bakıda keçirilən “Moody`s Annual Azerbaijan Summit”də bildirib.
Onun sözlərinə görə, xarici borclarının restrukturizasiyasını həyata keçirməyi planlaşdıran Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə bağlı vəziyyət iqtisadiyyatın bərpasını ləngidə bilər.
"Bank bazarında, əvvəlki kimi, manat likvidliyi çatışmazlığı mövcuddur. Bu isə kreditləşməni məhdudlaşdırır, çünki dollarla verilən kreditlərə maraq çox aşağı səviyyədədir. Bütün bunlar iqtisadiyyatın bərpası templərini azaldır, belə ki, kreditləşmənin canlanmasının iqtisadi inkişafa təkan verəcəyi gözlənilirdi", - deyə analitik vurğulayıb.
O qeyd edib ki, Azərbaycan manatın devalvasiyası (2015-ci ildə - İF) ilə bir qədər gecikib və ona qonşularından daha gec müraciət edib. "Azərbaycan 2016-cı ilin payızında, yəni demək olar ki, devalvasiyadan bir il sonra pul-kredit siyasətini sərtləşdirib ki, bu addım da gecikmiş hesab olunur", - deyə P.Paklin əlavə edib.*
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət