«7 iyun 2017-ci il tarixinə planlaşdırılmış Azərbaycan Respublikası Mərkəzi Bankının Sədri Elman Rüstəmovun iştirakı ilə bank sektoruna və Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun iştirakı ilə turizm sektoruna həsr olunmuş Caspian Energy Forum-un xüsusi sessiyalar qeyri-müəyyən vaxtadək təxirə salınıb.Buna səbəb adları qeyd olunan dövlət məmurlarının qrafiklərinin gərgin olmasıdır", - deyəCaspian European Club və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktori Telman Əliyev bildirib.
«Rəhbərlik adından mən Caspian European Club və Caspian American Club-un üzvləri, həmçinin bu tədbirlərə gəlməyi planlaşdırmış xarici qonaqlar, şirkət və təşkilat rəhbərləri qarşısında üzr istəyirəm», - deyə o bildirib.
Onun sözlərinə görə, biznes-forumlarda 150-yə yaxın deleqatın, o cümlədən Xəzər-Qara dəniz regionu və Aİ ölkələrinin şirkət rəhbərləri və nümayəndələrinin iştirakı planlaşdırılmişdır.
«Biz maraqlanan bütün şirkətləri 14 iyun 2017-ci ildə Caspian European Club və Caspian American Club çərçivəsində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta Dövlət Agentliyinin direktoru Zaur Əliyevim iştirakı ilə icbari tibbi sığortaya həsr olunmuş Caspian Energy Forum-un xüsusi sessiyasında iştirak etməyə dəvət edirik», - deyə Klub sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev söyləyib.
Caspian European Club və Caspian American Club ayda iki dəfə Bakıda, il ərzində isə dünyanın müxtəlif ölkələrində biznes-forumlar təşkil edir. Həmin biznes-forumlar çərçivəsində şirkətlərin əlaqələr yaratmaq, dövlət qurumlarına öz problemlərini danışmaq, bu problemlərin həlli üzrə təkliflər irəli sürmək, həmçinincavabları mövcud problemlərin həlli yollarını tapmaqda onlara yardım edən və şirkətlərin biznesinin inkişafını şərtləndirən suallar vermək imkanları olur.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət