SOCAR şirkəti (ARDNŞ) neft ehtiyatlarının aşkarlanması nöqteyi-nəzərindən Xəzərin Azərbaycan sektorunda “Şimali Abşeron”da D230 blokunu perspektivli hesab edir. Bu barədə SOCAR-ın vitse-prezidenti Bəhram Hüseynov məlumat verib.
“D230 bloku neft ehtiyatlarının aşkarlanması nöqteyi-nəzərindən perspektivli hesab edilir. Burada həmin meydançanın perspektivlinin qiymətləndirilməsi məqsədilə seysmik kəşfiyyatlar aparılacaq”, - deyə B.Hüseynov bu gün Bakıda keçirilən “Caspian Oil&Gas” konfransında çıxışında bildirib.
B.Hüseynov vurğulayıb ki, ümumilikdə Azərbaycan neft və qaz hasilatının stabillə.məsi üşün quru və dənizdə yeni neft-qaz yataqlarının aşkarlanması potensialına malikdir.
“Ölkədə neft yataqlarının əsas hissəsi artıq aşkar olunub. Quruda da neft yataqlarının aşkar edilməsi perspektivləri mövcuddur. Burada və dənizdə mezozoy çöküntülərinin perspektivləri öyrənilir. Bu nöqteyi-nəzərdən, dənizdə Abşeron yarımadasının cənub dayazsulu hissəsi (“Cənubi Abşeron”), “Şimali Abşeron” və “Şərqi Abşeron”, həmçinin Bakı Arxipelaqının cənub-qərb hissəsi perspektivlidir. Hazırda bir neçə şirkətlə bu məsələni araşdırırıq”, - deyə o qeyd edib.
SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə öz növbəsində xatırladıb ki, 2016-cı ilin may ayında SOCAR və BP arasında Xəzər dənizinin Azərbaycan sektorunda Şimali Abşeron hövzəsindəki D230 blokunda potensial perspektiv strukturlarda birgə geoloji-kəşfiyyat işlərinin aparılmasına dair Anlaşma Memorandumu imzalanıb.
“Hazırda D230 blokunun kəşfiyyatı və işlənməsi üzrə müqavilə hazırlanır”, - deyə o qeyd edib.
X.Yusifzadə həmçinin bildirib ki, bu blokda dənizin dərinliyi 150 metrdən 700 metrədəkdir. Məhsuldar qatların dərinliyi 3000-3500 metr təşkil edir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət