“Kapital Bank”ASC yeni Nərimanov Kart Mərkəzini istifadəyə verib. Bu barədə bankın məlumatında deyilir.
Bakının Nərimanov rayonu, Mirzəbala Əhmədzadə küçəsi 13 (Nərimanov parkının yanında) ünvanında yerləşən mərkəz müştərilərə kartların verilməsi və bir sıra bank əməliyyatları üzrə xidmətləri (hüquqi / fiziki şəxslərə hesabların açılması, əmanətlərin cəlb edilməsi, hesablaşma-kassa xidmətləri, pul vəsaitlərinin və ödəniş vasitələrinin köçürülməsi üzrə xidmətlərin göstərilməsi) həyata keçirəcək.
“Kapital Bank-ın Binəqədi, Şuşa, Nərimanov, Nəsimi, Cəfər Cabbarlı, Yasamal, İçəri Şəhər, Səbail və Xətai filiallarının müştəriləri artıq Bakı şəhər Təhsil İdarəsinin əmək haqqı layihələri, sosial, pensiya və digər kartlarını yeni mərkəzdən əldə edə biləcəklər. Həmçinin fiziki məhdudiyyəti olan müştərilər üçün evlərdə səyyar xidmət göstərilir. Bunun nəticəsində filialların iş yükü azalacaq və müştərilər minimum vaxt sərf edərək digər əməliyyatlar həyata keçirə biləcəklər. Yaxın gələcəkdə ölkə üzrə digər Kart mərkəzlərinin də açılacağı planlaşdırılır”, - deyə bankın Korporativ Bankçılıq Departamentinin direktoru Fərid Hidayətzadə bildirib.
Qeyd edək ki, hazırda “Kapital Bank”ın dövriyyədə 3 milyona yaxın ödəniş kartı, 600-dək bankomatı, 9000-dək POS terminalı var.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət