Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Aqrolizinq” ASC lizinq şirkətuinin sədrinə ciddi xəbərdarlıq edildi. Bu barədə nazirlikdən məlumat verilib.
“Fəaliyyətində ciddi nöqsanlara görə “Aqrolizinq” ASC-nin sədri Elşən Məmmədova ciddi xəbərdarlıq, səhmdar cəmiyyətin Damazlıq heyvanların tədarükü, satışı və lizinqi şöbəsinin müdiri Kamil Şamilova isə şiddətli töhmət verilib”, - deyə nazir Heydər Əsədov kollegiya iclasında bildirib.
Bundan başqa, ASC-nin Sabirabad Regional Nümayəndəliyinin direktoru Şakir Həsənov, Ağcabədi Regional Nümayəndəliyinin direktoru Atamoğlan Babayev, Ağsu rayon bölməsinin rəhbəri Tofiq Abdullayev və Şamaxı rayon bölməsinin rəhbəri Sərxan Fətullayev tutduqları vəzifədən azad olunublar.
“Həmçinin Xaçmaz Regional Nümayəndəliyinin direktoruna, Səhmdar Cəmiyyətin Saatlı, Tovuz və Ağdaş rayon bölmələrinin rəhbərlərinə şiddətli töhmət, Qazax və İsmayıllı rayon bölmələrinin rəhbərlərinə töhmət verilib”, - deyə məlumatda vurğulanır.
Nazir ASC-nin fəaliyyətində mövcud olan nöqsan və çatışmazlıqların, xüsusi ilə də gübrələrin anbarlarda mövcud təlimata və qaydalara uyğun saxlanılması, satışdan, həmçinin qısa müddətli lizinqə verilən taxılyığan kombaynlar, traktorlar və digər kənd təsərrüfatı texnikalarının istifadəsindən daxil olan vəsaitlərin vaxtlı-vaxtında ödənilməsinin təmin olunması, elektron kənd təsərrüfatı sisteminin təkmilləşdirilməsi, fermerlərin texnika və gübrəyə olan tələbatlarının əvvəlcədən müəyyənləşdirilməsi, texnikadan səmərəli istifadə olunması, gübrə anbarlarının müasir standartlar səviyyəsində qurulması üçün təkliflərin hazırlanması, bu sahədə qısa müddətdə dönüş yaradılması barədə tapşırıq verib. **
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət